Azərbaycan İdeyası

Prezident jurnalistlərin mənzillərində - FOTOLAR

Tarix:20-07-2017, 13:34
Baxış Sayı:355

 Prezident jurnalistlərin mənzillərində - FOTOLAR


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib.
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov dövlətimizin başçısına məlumat verdilər ki, jurnalistlər üçün inşa edilən ikinci binada 255 mənzil var. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə tikilən 3 bloklu, 17 mərtəbəli bu binanın ümumi inşaat sahəsi 34 min kvadratmetrdir. Binada 9 bir otaqlı, 144 ikiotaqlı, 93 üçotaqlı və 9 dördotaqlı mənzil var. Binanın həyətində idman meydançası yaradılıb, geniş abadlıq işləri görülüb.
Sonra Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşdü.
Dövlətimizin başçısı mərasimdə nitq söylədi.
“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin İnformasiya Proqramları Studiyasının direktoru Mehriban Məmmədova və Mətbuat Şurasının sədri Əflatun Amaşov media nümayəndələrinə göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə etdilər.
Daha sonra Prezident İlham Əliyev binanın istifadəyə verilməsini bildirən rəmzi lenti kəsdi və mənzillərdə yaradılan şəraitlə tanış oldu.
Bildirildi ki, mənzillərin hamısı müasir tələblər səviyyəsində təmir edilib, sürətli internet, İPTV və fərdi isitmə sistemləri ilə təchiz olunub.
Müstəqil Azərbaycanda milli mətbuatın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xalqın tələbi ilə o zaman hakimiyyətə gələn ulu öndər Heydər Əliyev ölkənin üzləşdiyi ağır ictimai-siyasi şəraitdə, iqtisadiyyatın iflic vəziyyətə düşdüyü bir dövrdə söz və mətbuat azadlığının təmin edilməsi, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması məsələlərini daim diqqət mərkəzində saxladı. 2003-cü ildən isə bu proses yeni inkişaf mərhələsinə qədəm qoydu. Prezident İlham Əliyevin hərtərəfli qayğısı nəticəsində Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası əsasında mühüm layihələr icra edildi. Bu gün Azərbaycanda bütün azadlıqlar, o cümlədən mətbuat, söz və fikir azadlıqları tam təmin edilib. Azərbaycanda genişzolaqlı internet sərbəst şəkildə fəaliyyət göstərir. Ölkəmizdə KİV nümayəndələrinin rahat və təhlükəsiz fəaliyyət göstərmələri üçün bütün şərait var. Son illərdə isə jurnalistlərin sosial məsələlərinin həlli istiqamətində mühüm layihələr icra edilib. Belə ki, 2010-cu ildə ölkə jurnalistlərinin sosial müdafiəsinin möhkəmləndirilməsi, mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış binasının tikilməsi məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ilkin olaraq 5 milyon manat vəsait ayrıldı. Ötən müddətdə həmin vəsait hesabına jurnalistlər üçün 156 mənzildən ibarət 17 mərtəbəli bina inşa olundu və bütün mənzillər yüksək səviyyədə təmir edildi. Bu binanın tikintisinə və ətraf ərazidə abadlıq işlərinin aparılmasına 22 milyon manatdan artıq vəsait sərf olundu.
Azərbaycan dünyada bəlkə də yeganə ölkədir ki, kütləvi informasiya vasitələri nümayəndələri üçün dövlət tərəfindən pulsuz olaraq yaşayış binaları inşa olunur və onlara verilir. Bu, bir daha sübut edir ki, ölkəmizdə KİV nümayəndələrinin yüksək səviyyədə fəaliyyət göstərmələri, azad mətbuatın təmin edilməsi ilə yanaşı, dövlətimiz jurnalistlərin mənzil-məişət məsələlərinin həlli, onların yaşayış şəraitinin yaxşılaşdırılmasına da xüsusi diqqətlə yanaşır. Ən əsası isə odur ki, bu tədbirlər ardıcıl xarakter daşıyır.
Sonra Prezident İlham Əliyev jurnalistlər üçün inşa ediləcək üçüncü yaşayış binasının təməlini qoydu.
Dövlətimizin başçısı binanın texniki-iqtisadi göstəricilərini əks etdirən stendə baxdı.
Diqqətə çatdırıldı ki, Azərbaycan Prezidentinin Sərəncamına əsasən inşa ediləcək bu binada da 255 mənzil olacaq. Beləliklə, 2010-2017-ci illərdə tikilib istifadəyə verilmiş iki və hazırda təməli qoyulan üçüncü binada mənzillərin ümumi sayı 665-ə çatacaq.
Sonda xatirə şəkli çəkdirildi.


 Prezident jurnalistlərin mənzillərində - FOTOLAR
 Prezident jurnalistlərin mənzillərində - FOTOLAR
 Prezident jurnalistlərin mənzillərində - FOTOLAR
 Prezident jurnalistlərin mənzillərində - FOTOLAR
 Prezident jurnalistlərin mənzillərində - FOTOLAR
 Prezident jurnalistlərin mənzillərində - FOTOLAR
 Prezident jurnalistlərin mənzillərində - FOTOLAR

OXŞAR XƏBƏRLƏR
HomeRenobib 25 may 2023 04:06
  Жалоба     
new bathroom remodel Thornhill Canada
https://pinterest.ca/homerenostoronto/

designer for renovation Aurora Canada
bathtub restoration companies Etobicoke Canada
redoing bathroom Markham Canada

kitchen renovation Vaughan Canada

residential home renovations
home canada North York Canada
kitchen remodeling in

<a href=https://www.pinterest.ca/homerenostoronto>home reconstruction Richmond Hill Canada</a>

home renovation designer Ontario Canada
your dream home Ontario Canada
home transformation


#eZ5OKAYrV5acqAeL7
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."