Azərbaycan İdeyası

Vüqar Səfərli: Mənzil veriləcək jurnalistlərin adı iyulun 21-də açıqlanacaq

Tarix:14-07-2017, 13:19
Baxış Sayı:615

 Vüqar Səfərli: Mənzil veriləcək jurnalistlərin adı iyulun 21-də açıqlanacaq

Mənzil veriləcək jurnalistlərin adı iyulun 21-də açıqlanacaq.
Korrupsiya və Qanun saytının APA-ya istinadən verdiyi xəbərə görə, bunu Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, KİV əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış komissiyanın sədri Vüqar Səfərli deyib.
V. Səfərli mənzillərin paylanması məsələsində şəffaflığın təmin edilməsi üçün komissiya yaradıldığını xatırladaraq, həm Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna, həm də Prezident Administrasiyasına ümumilikdən 2 mindən çox sənəd qəbul olunduğunu deyib: “Bunlardan 1000-ə yaxın sənəd təkrarlanan sənədlər idi. Eyni zamanda, mətbuata aidiyyəti olmayan insanların da müraciətləri var idi. Qalan 1000 müraciət seleksiya olunub, 255 nəfər müəyyənləşdirilib. İyulun 21-də binanın açılışı olacaq və mənzil veriləcək şəxslərin adı da həmin gün elan olunacaq.
Siyahı hərtərəflidir, istər elektron media, televiziyalar, radiolar, istər qəzetlər, portallar, saytlar - hamısı əhatə olunub. Ötən dəfədən fərqli olaraq, bu dəfə veteran jurnalistlərin də adı siyahıya salınıb”.




OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı