Azərbaycan İdeyası

Narazı ADPU tələbələri bu gün rektorla görüşəcəklər - VİDEO

Tarix:23-10-2013, 10:25
Baxış Sayı:0

Geniş görüşdə imtahanların yazılı olmasına etiraz edən hər bir tələbənin şikayəti dinlənilərək müvafiq qərar qəbul ediləcək

"Qafqazinfo" ya istinadan bildiririk ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin imtahan sistemi ilə bağlı narazı olan tələbələrlə rektor arasında bu gün geniş görüş olacaq. Bu haqda universitetdən məlumat verilib. Xəbərə görə, hər bir tələbənin şikayəti dinlənilərək müvafiq qərar qəbul ediləcək. İmtahanın test və ya yazılı formada olmasının elmi potensialı olan tələbə üçün heç bir fərqi olmadığını vurğulayan universitet rektoru bildirir ki, əsas məqsəd savadlı kadr hazrlamaqdır.

“Müəllimlər imtahanında gördük ki, burda müvəffəqiyyətlə qiymət alanlar, orada imtahandan keçə bilməyiblər. Bunun səbəbi əzbərçilikdir. Yəni, fikrimizdə tutduğumuz budur ki, əzbərçilikdən uşaqları azad edək”.

İmtahanın yazılı və ya test formasında keçirilməsi savadlı tələbə üçün heç bir önəm daşımasa da, bəzi tələbələr yazılı imtahandan narazı olduqlarını qeyd edirlər.

Ekspert Hakim Qəmbərovun sözlərinə görə, ənənəvi imtahan sistemi yazılı formada olsa da, müasir təhsil metodunun şərtlərinə görə, imtahanda test üsulu daha şəffaf hesab olunur. “Yazılı imtahan bir baş tələbənin potensial imkanlarını üzə çıxartmağa yardım edir. O sistemi yazılıya nisbətən daha tez qavradıqlarına görə, test sisteminə üstünlük verirlər”.

Əslində isə istənilən tələbə üçün imtahanın hansı formada götürülməsinin fərqi olmamalıdır. Təhsil müddətində əldə etdiyi biliyi lazımınca qavrayan tələbə istər yazılı, istərsə də test üsulu ilə keçirilən imtahandan onsuz da uğur qazanacaq. //ANS TV


OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı