Azərbaycan İdeyası

Zərdüşt Əlizadə deputat seçilən qardaşını təbrik etmədi

Tarix:2-11-2015, 14:05
Baxış Sayı:445

Milli Məclisə keçirilən seçkilər başa çatdıqdan sonra ilkin nəticələr açıqlanıb. 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən Milli Məclisə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deputat seçilib.
"Korrupsiya və Qanun" qəzetiniin məlumatına istinadən Modern.az saytı tanınmış politoloq Zərdüşt Əlizadədən qardaşı Araz Əlizadənin deputat seçilməsinə münasibət öyrənib:
"Seçkilərlə maraqlanmıram. Kimin deputat seçilməsindən də xəbərim yoxdur", - deyə Zərdüşt Əlizadə bildirib.
"Araz Əlizadəni təbrik etdinizmi" sualından yayınan Zərdüşt Əlizadə "mən heç nə deyə bilmərəm" cavabını verib.
"Bəs bizim vasitəmizlə qardaşınız Araz Əlizadəni təbrik etmək istərdinizmi" sualına Zərdüşt Əlizadənin cavabı belə olub: "Kimisə təbrik etmək üçün vasitəçiyə ehtiyacım yoxdur".
Bir sözlə, Zərdüşt Əlizadə qardaşı Araz Əlizadənin bu uğuru barəsində heç nə söyləmək istəmir.
Zərdüşt Əlizadə ASDP-nın ilk sədri və qurucularından olub.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı