Azərbaycan İdeyası

Eldar Mahmudovun daha bir şəriki həbs olundu

Tarix:5-11-2015, 13:39
Baxış Sayı:384

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun daha bir yaxın adamı həbs olunub.
"Korrupsiya və Qanun" qəzeti AzNews.az-a istinadən xəbər verir ki, “Ağdamlı Dəmir” kimi tanınan məşhur avtomobil alverçisi ötən həftə saxlanılıb. Bakının bir neçə mərkəzi yerlərində böyük avtomobil salonları (eləcə də Badamdardakı 3 mərtəbəli “Avtomobil dunyası”nın sahibidir –red.) olan “Dəmir” nazir Eldar Mahmudovun şəriki olub. Məlumata görə, o, ölkədə ən bahalı avtomobillərin satışıyla məşğul imiş.
Onun həbsinə səbəb isə MTN-in iş adamlarına divan tutması prosesində, daha doğrusu, iş adamlarının şikayətlərində adı keçən əsas şəxslərdən biri olmasıdır. Araşdırma zamanı məlum olub ki, MTN-in toruna düşən adamların avtomobillərini məhz “Dəmir” “əridirmiş”. Belə ki, bəzi iş adamları onlardan tələb olunan məbləğləri düzəldə bilməyəndə özlərinin bahalı avtomobillərini təhvil verməyə məcbur olublar. Belə hal olduqda həmin şəxslər “Dəmirə” yönləndirilib. Bundan başqa həm də “Dəmir” bahalı avtomobil alanlar, yəni növbəti hədəf ola biləcək şəxslər barədə MTN-ə məlumatlar ötürürmüş.
Qeyd olunur ki, “Dəmirin” nazirlə çox yaxın münasibətləri olub. Elə bu münasibətlərə görə də, nazir onun oğlunun birinə MTN-də məsul vəzifə hədiyyə edib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı