Azərbaycan İdeyası

Prezidentin sensasion mesajı: kimə ünvanlanıb?

Tarix:1-05-2019, 15:56
Baxış Sayı:170



Prezidentin ötən gün Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı giriş və yekun çıxışları həddən artıq genişhəmcli və miqyaslıdır.
Bu sözləri Axar.az-a açıqlamasında Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqini şərh edən Teleqraf Media Qrupunun rəhbəri, əməkdar jurnalist, politoloq Aynur Camalqızı deyib. Onun sözlərinə görə, Prezident ölkənin inkişafı ilə bağlı statistikaları xatırlatmaqla, yeni iqtisadi modelə keçid üçün bütün mərhələlərin uğurla adladıldığını diqqətə çatdırdı:
“Prezidentin çıxışındakı tezislərin hər biri yol xəritələri və dövlət proqramlarının hazırlanması üçün istiqamətlərdir və ölkəmizin inkişaf staregiyasının dəqiqliyinə qədər hesablandığını göstərir. Başqa sözlə desək, Prezidentin bütün islahatlara birbaşa nəzarət etdiyi, hər bir prosesin vaxtında həyata keçməsi üçün hüquqi-qanunvericilik bazası hazırlanmasına istiqamət verdiyi və əslində, bütün islahatların vaxtını formalaşdırdığı, yəni prosesi o istiqamətdə yönəltdiyi aydın oldu. Həmçinin bir daha bu mükəmməl çıxışla bəlli oldu ki, Prezident İlham Əliyevin ölkəmizin qarşıdakı 30 illik inkişafı ilə bağlı tam aydın, xırda detallarına qədər hesablanmış strategiyası, dəqiq təsəvvürü var. Azərbaycanın inkişaf strategiyası təkcə mərhələlərlə həyata keçirilmir, eyni zamanda, bu mərhələlər bir-birinin içindən doğulur, bir-biri ilə üzvi surətdə bağlıdır: növbəti islahat üçün vaxtın yetişməsi gözlənilmir, həm də həmin məqam formalaşdırılır, o vaxtın hətta tezləşdirilməsi üçün zəruri olan bütün addımlar atılır. Nəticə isə statistikada öz əksini tapır ki, bunu da Prezident çıxışında xatırlatdı”.
Aynur Camalqızı iclasda anons edilən və xüsusilə 3 sahəni əhatə edən böyük prosesi - yeni sosial iqtisadi modelin hazırlanması (sahibkarlara daha yaxşı şəraitin yaradılması, özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahataların həyata keçirilməsi, əlverişli biznes mühitinin inkişaf etdirlməsini), kənd təsərrüfatında yeni islahat kursunun elanı və səhiyyə sistemində inqilabi dəyişikliyə səbəb olacaq tibbi sığortanın tətbiqini – yeni bir dövrün başlanğıcı adlandırıb:
“Ancaq bu məsələdə xüsusi bir nüansı vurğulamaq vacibdir. Cənab Prezident İlham Əliyev bir daha kadr və insan amilinə diqqət çəkdi. Cənab Prezident vurğuladı ki, “hər bir sahədə inkişaf üçün böyük meydan var. Hər bir sahədə, əgər o sahəyə rəhbərlik edən insanlar öz işinə vicdanla yanaşarlarsa, mütləq nəticə də olacaq”. Bu, cənab Prezidentin həm məmurlara, həm də bütövlükdə vətəndaşlara çağırışıdır: vicdanlı olmaq, üzərinə düşən işi vicdanla yerinə yetirmək əsas amildir. İnsan faktoru qaçılmazdır. Unutmamalıyıq ki, bəzən bir şəxsin qeyri-adekvat fəaliyyəti böyük bir komandanın uğurlu və vicdanlı fəaliyyətinə kölgə salır”.
A.Camalqızı deyib ki, Prezidentin bu sözlərində həm ictimaiyyət, həm də media nümayəndələrinə bir mesaj var:
“Azərbaycanda misli görünməmiş inqilabi dəyişikliklər gedir və bunun müəllifi İlham Əliyevdir. İctimaiyyət olaraq, media nümayəndələri olaraq bu prosesin uğurla aparılmasında fəal iştirak etmək həm də vətəndaşlıq borcumuzdur. Öz işinə vicdanlı yanaşmaq, ölkəmizin milli maraqlarını və təhlükəsizliyinin qorunmasında əlindən gələni əsirgəməmək, iqtisadi islahatların təbliğatı-təşviqat işlərini görmək və mahiyyətini geniş publikaya aydınlatmaqda hamımızın payı olmalıdır. Eyni zamanda, bu proseslərdə Prezidentin iradəsinə zidd olan, qeyri-adekvat davrananlara ictimai nəzarəti də biz yerinə yetirməliyik”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Dəhşətli qəzaya düşmüş tanınmış teleaparıcı evə buraxılıb
Dəhşətli qəzaya düşmüş tanınmış teleaparıcı evə buraxılıb
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
Azərbaycanda hakim intihar etdi
Azərbaycanda hakim intihar etdi
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb