Azərbaycan İdeyası

Prezident İlham Əliyev Marneulidə azərbaycanlılarla görüşdü

Tarix:6-11-2015, 12:50
Baxış Sayı:461

Görüşdə Gürcüstan prezidenti Giorgi Marqvelaşvili də iştirak edib
Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Marneuli şəhərində azərbaycanlılarla görüşüb.
"Korrpsiya və Qanun" qəzetinə istinadən APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə Gürcüstan prezidenti Giorgi Marqvelaşvili də iştirak edib.
Görüşdə çıxış edən prezident İlham Əliyev bildirib ki, Marneuliyə ilk səfərini 2004-cü ildə edib və indi bölgədə böyük iqtisadi və infrastruktur dəyişiklikləri getdiyini görüb. O, Gürcüstana iki günlük səfərinin uğurlu keçdiyini deyib: “Gürcüstan-Azərbaycan əlaqələri yüksək sürətlə inkişaf edir. Dünən Bəyannamə imzaladıq və bu sənəddə əməkdaşlığın bütün aspektləri öz əksini tapıb. Bizim əməkdaşlığımızın gözəl tarixi və gələcəyi var. Əlaqələrimiz strateji səviyyəyə qalxıb. Bu gün mən Marneuliyə gəlmişəm. Əminəm ki, bizim Gürcüstanda fəaliyyətimiz əlaqələrin inkişafında mühüm rol oynayacaq. Gürcüstanda yaşayan azərbaycanlılar, həm də Azərbaycanda yaşayan gürcülər, bizim əməkdaşlığımızı daha da möhkəmləndirir”.
G. Marqvelaşvili isə azərbaycanlıların Gürcüstan dövlətçiliyinin inkişafına böyük töhfə verdiyini söyləyib: “Azərbaycan və Gürcüstan dövlətlərinin dostluğu və qarşılıqlı münasibətləri yüksək səviyyədədir. Azərbaycan Gürcüstan iqtisadiyyatının inkişafına böyük sərmayə qoyub. Bunu qiymətləndirməmək olmaz. Bu, Azərbaycanın qardaş ölkə kimi Gürcüstana göstərdiyi qayğıdır”.
Görüşdə Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov, Dəmyə-Görarxı kənd icra nümayəndəsi Heydər Musayev və başqaları çıxış edərək həyata keçirilən işlərdən və azərbaycanlıların problemlərindən söz açıblar.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı