Azərbaycan İdeyası

Əməkdaşlıq yeni müstəvidə inkişaf edir.

Tarix:19-10-2015, 17:38
Baxış Sayı:695

Oktyabrın 19-da Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ölkədə rəsmi səfərdə olan Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Giorgi Kvirikaşvili ilə görüşüb.
Korrupsiya və Hüquq qəzeti Azərtac-a istinadən xəbər verir ki, görüşdə Oqtay Əsədov Azərbaycan ilə Gürcüstan arasındakı tarixi dostluq münasibətlərindən danışıb.
O bildirib ki, ölkələrimiz müstəqillik əldə etdikdən sonra əməkdaşlıq yeni müstəvidə inkişaf edir. Milli Məclisin sədri əlaqələrimizin daha da möhkəmlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyət daşıdığını vurğulayıb. O, bu səfərin də əməkdaşlığın genişləndirilməsinə təkan verəcəyinə əminliyini bildirib.
Azərbaycana səfərindən məmnun olduğunu deyən Giorgi Kvirikaşvili dost ölkələrimizin yüksək səviyyədə olan münasibətlərindən söhbət açıb. “Azərbaycan ilə Gürcüstan strateji tərəfdaşlardır”, - deyən Baş nazirin müavini ölkəsinin əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu söyləyib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı