Azərbaycan İdeyası

Aviqdor Liberman Xocalı soyqırımına həsr olunmuş tədbirdə

Tarix:26-02-2015, 12:49
Baxış Sayı:31 023

Aviqdor Liberman Xocalı soyqırımına həsr olunmuş tədbirdə


İsrailin Akko şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, “Xocalıya ədalət!” kampaniyası çərçivəsində İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (Azİz) tərəfindən təşkil edilən tədbirdə baş nazirin müavini, İsrailin xarici işlər naziri Aviqdor Liberman, Knessetin deputatı Aleks Miller, Akko şəhər merinin müavinləri Zaev Noyman, Kiryat Yam, Milli Məclisin deputatı Fuad Muradov iştirak edib.

Anım mərasiminə İsrail ictimaiyyətinin nümayəndələri, Azərbaycan diasporunun təmsilçiləri, media nümayəndələri qatılıb. Tədbirə gələnlər Xocalı soyqırımını əks etdirən fotosərgi ilə tanış olublar. Bu fotolar “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Azİz tərəfindən İsrailin bir çox şəhərlərində sərgilənib.

Azİz-in Direktorlar Şurasının üzvü Rauf Ağalarov tədbiri açaraq Xocalı faciəsi haqqında məlumat verdikdən sonra, soyqırımı qurbanları xatirəsinin bir dəqiqəlik sükutla anılmasını xahiş edib.

Tədbirdə çıxış üçün ilk söz Aviqdor Libermana verilib. İsrailin xarici işlər naziri İsraillə Azərbaycan arasında qarşılıqlı anlaşma və dostluğun gücləndirilməsi üçün gördükləri böyük işlərə görə Azİz-in hazırkı prezidenti Aleks Millerə və təşkilatın keçmiş prezidenti İosif Şaqala təşəkkür edib: “Bəşəriyyət tarixində az faciələr olmayıb. Onları unutmaq olmaz. Amma təəssüf ki, heç də hamı onları xatırlamır və dərs almır. Biz bu gün buraya toplaşmışıq deyək ki, İsraillə Azərbaycanın təcrübəsini birləşdirək və gələcəkdə belə faciələrin qarşısını alaq”.

Milli Məclisin deputatı Fuad Muradov Azərbaycan parlamenti adından Dağlıq Qarabağ münaqişəsi haqında həqiqətlərin İsrail cəmiyyətinə çatdırılması istiqamətində ildən-ilə daha böyük işlər görən Aziz rəhbərliyinə təşəkkür edib. F.Muradov öz çıxışında “Xocalıya ədalət!” kampaniyasının 100 ölkədə aparılması haqqında məlumat verib və əlavə edib: “Bizim üçün dünyanın bilməsi vacibdir ki, insanların bir-birini öldürməkdən çəkinməməsi bəşəriyyət üçün ağır nəticələr verə bilər. XX əsrdə və indi - XXI əsrdə insanların dini inancına görə Parisin və Kopenhagenin mərkəzində öldürülməsi ilə barışmaq olmaz. Biz birləşməli və dünyanı tolerantlığa çağırmalıyıq”.

Azİz prezidenti, Knessetin deputatı Aleks Miller əvvəlcə təşkilatın fəaliyyəti barədə danışıb. O bildirib ki, qurumun təşkil etdiyi tədbirlərdə nəinki Azərbaycandan, eləcə də keçmiş SSRİ-nin digər respublikalarından gəlmiş yəhudilərin də dəvət olunması vacibdir. Daha sonra Aleks Miller Xocalı faciəsinin daha geniş təbliğ olunması məqsədilə gələn il “Xocalıya ədalət!” sərgisini Knessetin binasında təşkil etməyə nail olacaqlarına ümid etdiyini bildirib. Bundan başqa, bu mövzunun Knessetin XX çağırış deputatları ilə də müzakirə ediləcəyini deyib.

OXŞAR XƏBƏRLƏR
online pharmacy 10 mart 2020 04:19
  Жалоба     
online pharmacy 10 mart 2020 05:10
  Жалоба     
online drugstore 10 mart 2020 05:49
  Жалоба     
online pharmacy canada 10 mart 2020 07:18
  Жалоба     
online pharmacy 10 mart 2020 13:07
  Жалоба     
online pharmacy canada 6 aprel 2020 04:25
  Жалоба     
canadian pharmacy 6 aprel 2020 04:55
  Жалоба     
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."