Azərbaycan İdeyası

Avropa Parlamenti önündə Xocalı mitinqi

Tarix:26-02-2015, 12:16
Baxış Sayı:34 682

Avropa Parlamenti önündə Xocalı mitinqi

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Belçika-Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı 2015-ci ilin fevral ayının 21-26-da Avropanın siyasi mərkəzindən biri hesab olunan Brüssel şəhərində silsilə tədbirlər həyata keçirib.

Lent.az-ın xəbərinə görə, tədbirlərdə Azərbaycan nümayəndə heyətinin tərkibində Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev, Milli Məclisin üzvü Fərəc Quliyev, ATXƏM-in sədri İlham İsmayılov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Dağlıq Qarabağın Azərbaycanlı İcması İH-nin üzvü Cavid Əliyev və "Birlik" jurnalının baş redaktoru İlqar İlkin iştirak ediblər.

Fevralın 25-də Azərbaycan nümayəndə heyəti Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Brüsseldə - Avropa Parlamenti önündə ATXƏM və Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin birgə təşkil etdiyi mitinqə qatılıblar. Mitinqdə Azərbaycan və Türk diaspor təşkilatları nümayəndələri, tələbələr və yerli sakinlər də iştirak ediblər. 300 nəfərdən çox nümayəndənin qatıldığı mitinqin sonunda dünya ictimaiyyətinə müraciət qəbul olunub. Mitinqdə “Xocalıya ədalət”, “Hepimiz Hocalıyız”, “Hepimiz Karabağıq” şüarları səsləndirilib.

OXŞAR XƏBƏRLƏR
online pharmacy canada 15 iyun 2020 17:23
  Жалоба     
canadian pharmacy 15 iyun 2020 17:23
  Жалоба     
online pharmacies canada 15 iyun 2020 18:45
  Жалоба     
Qazın və işığın yeni tarifi müəyyənləşdi
Qazın və işığın yeni tarifi müəyyənləşdi
Tramp Venesuelanın yeni rəhbərini hədələyib
Tramp Venesuelanın yeni rəhbərini hədələyib
Madurodan sonra Venesuela: müdaxilə reallığı və yeni güc balansı
Madurodan sonra Venesuela: müdaxilə reallığı və yeni güc balansı
Azərbaycanda siqaret BAHALAŞDI
Azərbaycanda siqaret BAHALAŞDI
Vaqif Axundovla bağlı VACİB XƏBƏR
Vaqif Axundovla bağlı VACİB XƏBƏR
Maduronu 3 saata götürən “Delta”: Bu gizli qrup nəyə qadirdir?
Maduronu 3 saata götürən “Delta”: Bu gizli qrup nəyə qadirdir?
Tramp Maduronun əli qandallı fotosunu paylaşıb
Tramp Maduronun əli qandallı fotosunu paylaşıb
Qanunsuz narkotik dövriyyədən çıxarılıb, 3 nəfər saxlanılıb
Qanunsuz narkotik dövriyyədən çıxarılıb, 3 nəfər saxlanılıb