Azərbaycan İdeyası

Aviqdor Liberman Xocalı soyqırımına həsr olunmuş tədbirdə

Tarix:26-02-2015, 12:49
Baxış Sayı:30 919

Aviqdor Liberman Xocalı soyqırımına həsr olunmuş tədbirdə


İsrailin Akko şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, “Xocalıya ədalət!” kampaniyası çərçivəsində İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (Azİz) tərəfindən təşkil edilən tədbirdə baş nazirin müavini, İsrailin xarici işlər naziri Aviqdor Liberman, Knessetin deputatı Aleks Miller, Akko şəhər merinin müavinləri Zaev Noyman, Kiryat Yam, Milli Məclisin deputatı Fuad Muradov iştirak edib.

Anım mərasiminə İsrail ictimaiyyətinin nümayəndələri, Azərbaycan diasporunun təmsilçiləri, media nümayəndələri qatılıb. Tədbirə gələnlər Xocalı soyqırımını əks etdirən fotosərgi ilə tanış olublar. Bu fotolar “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Azİz tərəfindən İsrailin bir çox şəhərlərində sərgilənib.

Azİz-in Direktorlar Şurasının üzvü Rauf Ağalarov tədbiri açaraq Xocalı faciəsi haqqında məlumat verdikdən sonra, soyqırımı qurbanları xatirəsinin bir dəqiqəlik sükutla anılmasını xahiş edib.

Tədbirdə çıxış üçün ilk söz Aviqdor Libermana verilib. İsrailin xarici işlər naziri İsraillə Azərbaycan arasında qarşılıqlı anlaşma və dostluğun gücləndirilməsi üçün gördükləri böyük işlərə görə Azİz-in hazırkı prezidenti Aleks Millerə və təşkilatın keçmiş prezidenti İosif Şaqala təşəkkür edib: “Bəşəriyyət tarixində az faciələr olmayıb. Onları unutmaq olmaz. Amma təəssüf ki, heç də hamı onları xatırlamır və dərs almır. Biz bu gün buraya toplaşmışıq deyək ki, İsraillə Azərbaycanın təcrübəsini birləşdirək və gələcəkdə belə faciələrin qarşısını alaq”.

Milli Məclisin deputatı Fuad Muradov Azərbaycan parlamenti adından Dağlıq Qarabağ münaqişəsi haqında həqiqətlərin İsrail cəmiyyətinə çatdırılması istiqamətində ildən-ilə daha böyük işlər görən Aziz rəhbərliyinə təşəkkür edib. F.Muradov öz çıxışında “Xocalıya ədalət!” kampaniyasının 100 ölkədə aparılması haqqında məlumat verib və əlavə edib: “Bizim üçün dünyanın bilməsi vacibdir ki, insanların bir-birini öldürməkdən çəkinməməsi bəşəriyyət üçün ağır nəticələr verə bilər. XX əsrdə və indi - XXI əsrdə insanların dini inancına görə Parisin və Kopenhagenin mərkəzində öldürülməsi ilə barışmaq olmaz. Biz birləşməli və dünyanı tolerantlığa çağırmalıyıq”.

Azİz prezidenti, Knessetin deputatı Aleks Miller əvvəlcə təşkilatın fəaliyyəti barədə danışıb. O bildirib ki, qurumun təşkil etdiyi tədbirlərdə nəinki Azərbaycandan, eləcə də keçmiş SSRİ-nin digər respublikalarından gəlmiş yəhudilərin də dəvət olunması vacibdir. Daha sonra Aleks Miller Xocalı faciəsinin daha geniş təbliğ olunması məqsədilə gələn il “Xocalıya ədalət!” sərgisini Knessetin binasında təşkil etməyə nail olacaqlarına ümid etdiyini bildirib. Bundan başqa, bu mövzunun Knessetin XX çağırış deputatları ilə də müzakirə ediləcəyini deyib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
canadian pharmacy 28 may 2021 09:36
  Жалоба     
sildenafil 100mg 2 iyul 2021 06:16
  Жалоба     
sildenafil citrate 2 iyul 2021 14:55
  Жалоба     
tadalafil price 5 iyul 2021 16:20
  Жалоба     
generic tadalafil 5 iyul 2021 16:27
  Жалоба     
sildenafil vs viagra 12 iyul 2021 19:51
  Жалоба     
sildenafil 20mg 13 iyul 2021 03:04
  Жалоба     
how long does viagra last 14 iyul 2021 10:31
  Жалоба     
tadalafil dosage 20 iyul 2021 20:55
  Жалоба     
tadalafil 20mg 21 iyul 2021 04:13
  Жалоба     
tadalafil cialis 24 iyul 2021 14:58
  Жалоба     
vardenafil 24 iyul 2021 17:16
  Жалоба     
Təbrik edirik+Foto!
Təbrik edirik+Foto!
Bir ayda Ağcabədidə narkotiklə bağlı 20 nəfər saxlanılıb
Bir ayda Ağcabədidə narkotiklə bağlı 20 nəfər saxlanılıb
Azərbaycan əhalisinin sayı açıqlanıb
Azərbaycan əhalisinin sayı açıqlanıb
Zaqatalada leysan yağışları fəsadlar törədib: Çaylardan sel keçib
Zaqatalada leysan yağışları fəsadlar törədib: Çaylardan sel keçib
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
Elşad Hacıyev: “Kibertalama riskləri artır, hər kəs diqqətli olmalıdır”
Elşad Hacıyev: “Kibertalama riskləri artır, hər kəs diqqətli olmalıdır”
2024-cü ilin yanvar-mart aylarında Goranboyda istehlak bazarı
2024-cü ilin yanvar-mart aylarında Goranboyda istehlak bazarı
Azərbaycanda minimum əməkhaqqı artırıla bilər
Azərbaycanda minimum əməkhaqqı artırıla bilər