Azərbaycan İdeyası

Azərbaycanda polis zabitinin atası axtarışa verildi

Tarix:18-12-2015, 09:52
Baxış Sayı:356

Azərbaycanda polis zabitinin atası axtarışa verildi



Azərbaycan hüquq-mühafizə orqanları dələduzluqda təqsirləndirilən şəxs barəsində beynəlxalq axtarış elan edib.
Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunur ki, 67 yaşlı Niftəli Fətəliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir. O, ölkədə olmadığı üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.
APA-nın əldə etdiyi məlumata görə, "Korrupsiya və Qanun" saytı bildirir ki, N. Fətəliyev Quba rayon sakinidir. Onun oğlu, Şahverdi Fətəliyev isə hazırda Quba Rayon Polis Şöbəsində sahə rəisi vəzifəsində çalışır. Ş. Fətəliyev polis kapitanıdır.
Ş. Fətəliyev APA-nın sorğusuna cavabında atasının axtarışa verilməsindən məlumatsız olduğunu bildirib: “Atam hazırda Rusiyadadır. Səhhəti ilə əlaqədar müalicəyə gedib. Onun axtarışa verilməsi ilə bağlı məlumatımız yoxdur”. (Apa)

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı