Azərbaycan İdeyası

Nardaranlıların diqqətinə: İran qadınları əslində necə yaşayır – FAKTLAR

Tarix:24-12-2015, 15:27
Baxış Sayı:439

Nardaranlıların diqqətinə: İran qadınları əslində necə yaşayır – FAKTLAR



Bu yaxınlarda Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sədri Məleykə Abbaszadə “Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zaman Nardaranla bağlı dəhşətli statistika açıqlamışdı. Belə ki, Komissiya sədrinin sözlərinə görə, Nardaranda orta məktəbə gedən hər 100 qızdan yalnız 10 nəfəri 11-ci sinfə gəlib çatır.
Bunun səbəblərindən biri də kənd əhalisinin qızları oxutmaqdan çox, dinə yönəltməsi, erkən yaşdan çadra örtüb, tez ərə verməsilə bağlıdır. Halbuki, Nardaranın sakinlərinin nümunə kimi gördükləri İranda bu sahədə əsl vəziyyət tamamilə başqa cürdür.
Bu yaxınlarda İranda ən mühüm orqanlardan biri olan Ekspertlər Şurasına seçkilər keçiriləcək. Ən son məlumatlara görə, 10 qadın seçkilərdə qeydiyyatdan keçib və bu yerlər uğrunda mübarizə aparacaqlar. AzVision.az “İran.ru”ya istinadən xəbər verir ki, bu barədə İran Daxili İşlər Nazirliyinin (DİN) seçki qərargahının katibi və nümayəndəsi Hüseyn Əli Əmiri bildirib.
Əmirinin sözlərinə görə, ümumilikdə 619 nəfər qeydiyyatdan keçib ki, onlardan da 10-u qadındır. Beş qadın Tehranda, iki qadın Farsa, ikisi İsfahanda, biri isə Zəncanda qeydiyyatdan keçib. Bu, qadınların Ekspertlər Şurasına namizədliyini irəli sürməsi və seçkiqabağı kampaniyada iştirak etmələrinə dair ilk haldır.
Əmiri qeyd edib ki, namizədlərdən 72-si elmlər namizədidir, 73- magistr, 39-u bakalavr təhsili alıb, dörd nəfərin isə diplomu var. Namizədlərin hamısı 50-55 yaşındadır.
Parlament seçkilərində iştirak etmək üçün 5029 nəfər qeydiyyatdan keçib ki, onlardan 410-u qadındır: “Parlament seçkilərində iştirak etmək istəyən şəxslər hələ qarşıdakı iki gün ərzində də öz namizədliyini irəli sürə bilər”.
Qeyd edək ki, indiyə qədər dini ekspert şurasında qadınlar olsa da, hələlik 12 ali ekspertin sıralarına qadın namizəd seçilməyib. İlk dini ekspertlər məclisinin çağırışında 4 qadın nümayəndə olub ki, onlardan biri Mərziyə Əfhamdır. İran prezidenti Həsən Ruhani onu bu yaxınlarda Malayziyaya səfir təyin edib. O, İran İslam Respublikasının birinci qadın səfiridir.
Hazırda İran parlamentində 8 qadın millət vəkili var. Onlardan 3-ü azərbaycanlıdır.
2005-ci ildə “İranda islam rejimi şəraitində qadınların hüquq və vəzifələri Xartiyası” adlı sənəd qəbul edilib. Sənəd İranın ali dini lideri Xamenei tərəfindən də təsdiqlənib. Bu sənəd İran qadınlarına prezident, millət vəkilli və dini şuraya keçirilən seçkilərdə namizədliyini irəli sürmək hüququ verir. Son parlament seçkilərində 800-ə yaxın qadın namizədliyini irəli sürüb.
Amma İransayağı islamı misal kimi görən Nardaranda qadınları cahil eləmək üçün məktəbə buraxmırlar. Halbuki, İranda təhsil sektorunda çalışanların 45%-i, səhiyyədə 43%, mədəniyyət sahəsində çalışanların isə 50%-i qadındır. Ümumilikdə İranda işləyən qadınların 36%-i ali təhsilə malikdir. Ölkədəki qadınların 100% ibtidai təhsilə cəlb edilib. Ümumilikdə abituriyentlərin 60%-ni qadınlar təşkil edir. Nə qədər qəribə səslənsə də, ölkədəki tələbələrin 48%-i qızlardır.
Ölkənin Qum şəhərində qadınların dini təhsil alması üçün xüsusi universitet yaradılıb və ona qadın rektor təyin edilib. 1989-cu ildə qəbul olunan xüsusi qanuna görə İran qadınları istənilən sahə üzrə təhsil ala bilərlər.
İranda qadın hüquqlarını müdafiə edən siyasi təşkilatlar və çoxlu sayda qadın jurnalları fəaliyyət göstərir. Yaxın Şərqdə ilk dəfə qadın informasiya agentliyi məhz İranda açılıb. İran qadınları idmanla çox geniş spektrdə məşğul olurlar. 1997-ci ildə İranda müsəlman qadınlarının iştirakı ilə 2-ci qadın olimpiya oyunları keçirildi. 2005-ci ildə dünyada ilk dəfə 14 nəfərdən ibarət İran qadın komandası Everest zirvəsini fəht edə bildi.
İran qadınları kinoda, təsviri incəsənətdə, ədəbiyyatda və sair mədəniyyət sahələrində yaxından iştirak edir.

OXŞAR XƏBƏRLƏR
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."