Azərbaycan İdeyası

BAŞ REDAKTORUMUZUN UĞURU

Tarix:10-02-2017, 17:59
Baxış Sayı:1 118

BAŞ REDAKTORUMUZUN UĞURU

"Ülfət" Əlillərin Sosial Problemlərinin Həllinə Yardım İctimai Birliyi respublikamızın fəal qeyri-hökumət təşkilatlarından biridir. "QHT.az - Vətəndaş Cəmiyyəti Şəbəkəsi"ndə uğurlu işi ilə seçilən "Ülfət" İB-nin həyata keçirdiyi layihələr cəmiyyətimiz tərəfindən olduqca müsbət qarşılanır. Xüsusən də əlillərin məşğulluğunun təmini, onların seçki aktivliyinin artırılmasına yönəlmək layihələr öz müsbət nəticələrini verməkdədir. Tərəqqipərvər kütləvi informasiya vasitəsi olan "Korrupsiya və Qanun" qəzeti həmin layihələrə - əlillərin sosial problemlərinin həllinə, onların cəmiyyətə inteqrasiyası yönündə görülən işlərə gərəkən informasiya dəstəyini heç vaxt əsirgəməmişdir. Məhz bu səbəbdən qəzetimizin baş redaktoru Xuraman Əhliman qızı Quliyeva "Ülfət" İB-nin Fəxri Fərmanı ilə təltif olunmuşdur. 21.01.2016-cı il tarixdə baş redaktorumuza təqdim olunan fəxri fərmanı qəzetimizin yaradıcı kollektivinin bütün üzvlərinin uğuru kimi qəbul edirik və bu diqqətə görə Birliyin sədri cənab Azər Rəşidova təşəkkürümüzü bildiririk.
Bundan əlavə, 20 yanvar faciəsinin 25-ci ildönümü ərəfəsində faciənin mahiyyətinin mətbuat vasitəsilə geniş ictimaiyyətə çatdırılması yönündə xidmətlərinə görə baş redaktorumuz 20 yanvar Cəmiyyətinin Cəlilabad rayon şöbəsi tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur. Fəxri Fərmanı Xuraman xanıma şöbənin sədri Mirşamil Mürsəlov təqdim etmişdir.

Korrupsiya və Qanun

BAŞ REDAKTORUMUZUN UĞURU

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı