Azərbaycan İdeyası

Müğənnilərdən nazirliyə irad: `Nə qədər vergi vermək olar?`

Tarix:23-12-2015, 15:56
Baxış Sayı:421

Müğənnilərdən nazirliyə irad: `Nə qədər vergi vermək olar?`



Ötən gün Vergilər Nazirliyi gəlirini gizlədib vergidən yayınan şou-biznes nümayəndələrinin tam siyahısını açıqlayıb.
"Korrupsiya və Qanun" saytlnln aldığı məlumata görə AzVision.az siyahıda adı çəkilən şou-biznes nümayəndələrinin bir neçəsi ilə əlaqə saxlayaraq onların fikirlərini öyrənməyə çalışıb. Müğənni Zamiq Hüseynovun köməkçisi Elnur isə müğənninin vergi borcu olmadığını dedi: “Zamiq bəy vergini vaxtında ödəyir, niyə axı onun adı siyahıya salınıb, bilmirik. Görünür, nəsə anlaşılmazlıq var. Biz bu məsələni araşdırıb, yoluna qoyacağıq”. Tanınmış ifaçı Cavad Rəcəbov vergi borcunu bir həftə əvvəl ödədiyini deyir: “Vergi borcumu ödəmişəm, amma adım borcu olanların siyahısına salınıb. Məsələ ilə bağlı Lənkəranda yerləşən Vergilər İdarəsinin rəisi Sərxan Məmmədova zəng etdim. Dedi, narahat olma, həll edəcəyəm. Çünki, bir həftə bundan qabaq o, məni yanına dəvət etmişdi, qəbulunda oldum. Dedi, bu qədər borcun var, ödə. Həmin günün sabahı cəriməni ödədim. Əlimdə qəbz var. Ola bilsin ki, anlaşılmazlıq olub”. Hazırda Bakıda olmayan xanım müğənni Sevinc Musayeva isə adının qeyd olunan siyahıya düşməsinə təəccübləndiyini bildirib.
“Mənim vergi borcumun olmasından xəbərim olmayıb. Bir ildən çoxdur müalicəmlə bağlı Bakıda deyiləm. Hazırda şou-biznesdə “qurunun oduna yaş da yanır” söhbətindəyəm. 3 ildir ki, vergi ödəyicisiyəm. İldə 4 rübə uyğun olaraq 50-100 manat vergi ödəyirik. Əlimdə də qəbzlər var. İndi bu nə məsələdir, bilmirəm, anlaşılmazlıqdır. Bakıya bu ayın 25-i gəlib aydınlaşdıracağam”.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı