Azərbaycan İdeyası

Hava limanında tutuldular - VİDEO+FOTO

Tarix:29-07-2016, 21:50
Baxış Sayı:495

Hava limanında tutuldular - VİDEO+FOTO
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə 37 900 dolların qeyri-qanuni yolla gömrük sərhədindən keçirilməsinin qarşısını alıblar. Bakı-Yekaterinburq aviareysi ilə Rusiyaya getmək üçün Heydər Əliyev Beynəlxalq aeroportuna gələn Azərbaycan vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən hərəkətləri şübhə doğurduğuna görə saxlanılaraq şəxsi yoxlamaya dəvət olunub.

Onun üzərindən əvvəlcədən gömrük orqanına təqdim olunmayan, elektron və ya yazılı formada bəyan edilməyən 18 600 dollar aşkar edilib. Bakı-Dubay aviareysi ilə Birləşmiş Ərəb Əmirliklərinə getmək üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn digər Azərbaycan vətəndaşı isə şifahi formada bəyan etdiyi 10 min dollardan başqa üzərində xarici valyutanın və ya digər mütləq bəyan olunası əşyaların olmadığını bildirib.

Lakin hərəkətləri şübhə doğurduğuna görə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən qanunvericiliyə uyğun olaraq onun üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı 19 300 dollar aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır. (Region TV)
Hava limanında tutuldular - VİDEO+FOTO
Hava limanında tutuldular - VİDEO+FOTO
Hava limanında tutuldular - VİDEO+FOTO
Hava limanında tutuldular - VİDEO+FOTO

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı