Azərbaycan İdeyası

İlhamənin oğlundan Əli Mirəliyevə xəbərdarlıq: "Yaşına, başına hörmət etsin"

Tarix:17-08-2016, 11:58
Baxış Sayı:473

İlhamənin oğlundan Əli Mirəliyevə xəbərdarlıq: "Yaşına, başına hörmət etsin"
Mərhum xalq artisti İlhamə Quliyevanın miras qalmaqalı yenidən gündəmə gəlib.

İ.Quliyevanın yaxın qohumu müğənni Əli Mirəliyev mətbuata açıqlamasında miras qalmaqalında son qoyulduğunu deyib.

Onun sözlərinə görə, mərhum sənətçinin hüquqi varisləri bacıları İradə və Gülbahardır. Məhkəmə sərvətin bölüşdürülməsi ilə bağlı onların xeyrinə qərar çıxarıb.

Axşam.az bildirir ki, İlhamə Quliyevanın oğulluğu Orxan Nadirov azvision.az-a açıqlamasında Əli Mirəliyevin dediklərini təkzib edib.

"Əli Mirəliyev yalan danışır. Məhkəmə mirasla bağlı qərar qəbul etməyib. Əgər məhkəmə qərar veribsə, qərarın surətini çıxarıb göstərsinlər. Əli Mirəliyevin nə məhkəmədən, nə də hansısa sərvətdən xəbəri var. Onun dedikləri ağ yalandır. Şayiə yaymaq ictimaiyyət arasında psixoloji təzyiq göstərmək metodudur. Əli Mirəliyevə bir daha xəbərdarlıq edirəm ki, yaşına, başına hörmət etsin. Ayıbdır, yalan danışmaq kişiyə yaraşmaz".

O.Nadirov mirasla bağlı məhkəmənin nə zaman keçiriləcəyindən məlumatsız olduğunu deyib:

"Məhkəmənin nə zamana kimi davam edəcəyini bilmirəm. Hələ ki, araşdırma aparılır. Araşdırmaya əsasən, sonda qərar qəbul ediləcək. Əgər mirasa onlar layiqdirlərsə, mən kənara çəkiləcəyəm. İnanıram ki, ədalətli qərar veriləcək".

Xatırladaq ki, xalq artisti İlhamə Quliyeva vəfat edəndən sonra onun oğulluğu Orxan Nadirov, bacıları və yaxın qohumları arasında varislik və sərvət qalmaqalı yaranıb.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı