Azərbaycan İdeyası

Məhkəmə azərbaycanlı müğənnini həmkarının ərinə görə cərimələdi

Tarix:25-08-2016, 11:09
Baxış Sayı:437

Məhkəmə azərbaycanlı müğənnini həmkarının ərinə görə cərimələdi
Müğənni Nazəninin həyat yoldaşı Məhəbbət Həsənovun Təranə Qumrala qarşı şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmə Təranə Qumralı şikayətçilərin şərəf və ləyaqətini təhqir etməkdə, böhtan atmaqda və onların işgüzar nüfuzuna xələl gətirməkdə təqsirli bilib. Vəkili Adəm Məmmədov əməkdaşımızla söhbətində bildirib ki, qərara görə, T.Qumral qarşı tərəfə 3 min manat təzminat ödəməli, həmçinin efirdə onlardan üzr istəməlidir:

“O, qərardan narazı qalıb və Apellyasiya Məhkəməsinə, daha sonra Ali Məhkəməyə müraciət edib. Lakin, qərar yenə dəyişməyib. Qərarın icrasını yerinə yetirmək Təranə Qumralın qeydiyyatda olduğu Nərimanov Rayon İcra şöbəsinə tapşırılıb. Əgər məhkəmənin qərarı yerinə yetirilməzsə, Təranə Qumral inzibati məsuliyyətə, həm də cinayət məsuliyyətinə cəlb olunacaq. İnzibati məsuliyyətə cəlb olunsa 500 manatdan 1000 manata qədər cərimə olunacaq. Bir aya qədər də inzibati həbs oluna bilər. Əgər həbsdən sonra da cəriməni ödəməsə və üzr istəməsə icra məmurları tərəfindən istintaq idarəsinə təqdimat veriləcək. Belə olan halda müğənnini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə 5 il həbs gözləyir”.

Qeyd edək ki, T.Qumral Nazəninin həyat yoldaşının fotosunu sosial şəbəkədə paylaşaraq bu sözləri yazmışdı: “Mən hər zaman dəyərliyəm, qürurluyam, sevilirəm və seçilirəm. Nə edə bilərəm ki, yanındakı üçün sənin dəyərin yoxdur. Özünü alçaltdıqca alçalırsan. Yanındakının gözünü mənə baxanda qamaşdıra bilirəmsə, deməli, sən pas atmısan, ay yazıq! Sənə gülürəm. Sən yandıqca həzz alıram. Səni yandıra bilmişəmsə, çox xoşbəxtəm. Atalar gözəl deyib, özgə atına minən tez düşər”.(axsam.az)

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı