Azərbaycan İdeyası

Hitlerin pencəyi 275 min avroya satıldı – FOTO

Tarix:21-06-2016, 22:51
Baxış Sayı:381

Hitlerin pencəyi 275 min avroya satıldı – FOTO
Ötən gün Almaniyanın Münhen şəhərində nasist liderlərinin əşyaları hərraca çıxarılıb.

Publika.az bildirir ki, Adolf Hitlerin 1940-ci ildə Fransada geydiyi boz rəngli pencək 275 min avroya satılıb, ona aid şalvar isə 62 min avroya müştəri tapıb. Hərracda Hitlerin 1929-cu ilə aid vergi qəbzi 3 min 300, 1944-cü ildə çəkilən beyin rentgeni isə 21 min avroya satılıb.

Mübahisəli hərracda Adolf Hitlerin corabları, nasist zabiti Hermann Görinqin alt paltarı, Hitlerin həyat yoldaşı Eva Braunun hərbi uniformaları satışa çıxarılıb. Con Lattimerə məxsus kolleksiyada yer alan 169 əşya ümumilikdə təxminən 900 min avroya satılıb.

Beş saat davam edən hərracda Hermann Görinqə aid əşyalar da böyük maraqla qarşılanıb. Görinqin pilot saatı 42 min, zəhər qutusu 26 min, şlyapası 3 min 400, alt paltarı isə 3 min avroya satılıb.
“Bild” qəzetinin yazdığına görə, Hitlerə aid çox sayda əşya alan şəxs adının gizli qalmasını istəyib. O, aldıqlarına ümumilikdə 600 min avro xərcləyib.
Hitlerin pencəyi 275 min avroya satıldı – FOTO

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycanda polkovnik qəfil öldü
Azərbaycanda polkovnik qəfil öldü
Həbib Nurməhəmmədov döyüşçülərini zarafatla TƏNQİD ETDİ
Həbib Nurməhəmmədov döyüşçülərini zarafatla TƏNQİD ETDİ
Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU: Xilasetmə əməliyyatı dayandırıldı
Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU: Xilasetmə əməliyyatı dayandırıldı
İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib
İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib
Bakıda futbol meydançasında meyit tapıldı
Bakıda futbol meydançasında meyit tapıldı
"Sabah"dan transfer bombası: "Lester Siti"nin futbolçusu Azərbaycana gələ bilər
"Sabah"dan transfer bombası: "Lester Siti"nin futbolçusu Azərbaycana gələ bilər
Bu gün Yasamalın bəzi ərazilərində İŞIQ OLMAYACAQ
Bu gün Yasamalın bəzi ərazilərində İŞIQ OLMAYACAQ