Azərbaycan İdeyası

Bürclər - 8 AVQUST

Tarix:8-08-2016, 10:18
Baxış Sayı:483

Bürclər - 8 AVQUST
Qoç - yaxın ətrafınızdakı insanlarla yeni layihəyə başlaya bilərsiniz. Önəm verdiyiniz insanı daha yaxşı anlamaq üçün diqqət mərkəzində olun. Kölgəyə çəkilməyin. Axşam saatlarını ailə üzvlərinə ayırın.

Buğa - faydalı məlumatlar əldə etməyə can atın. Müqavilələri və sazişləri dəqiqləşdirin, ödənişlərdə və hesablamalarda diqqətli olun. Anlaşmaların mübahisəli məqamlarını təhlil edin. Elektron servislərdən istifadə edin.

Əkizlər - alış-verişə yollananda nə alacağınızı dəqiq bilin. Seçimdə yanılmayın, nə istədiyinizə qərar verəndə astagəllik etməyin. Spontan addımlar yalnız zərər verə bilər. Axşam saatlarında normal istirahət edin.

Xərçəng - Tarazlığı qoruyun, mütənasibliyi poza biləcək radikal addımlar atmayın. Müstəqilliyə ifrat dərəcədə can atsanız, situasiyaya kobud müdaxilələrə rəvac verəcəksiniz. Pedant olun, amma aradabir yaradıcılıq axtarışlarına çıxın.

Şir - hakim, qiymətləndirici, vasitəçi və ya müşavir rollarından birini oynamaq məcburiyyətində qala bilərsiniz. Günün ikinci yarısında tərəfdaşlarla münasibətlərdə ən zəif yeriniz nəzakətdir. Yaxın ətrafınızdakı insanlardan birinin sizin ehtiyaclarınızı tam anlayacağını düşünməyin. Eqoist, təşəxxüslü olmayın.

Qız - danışıqlar və müzakirələr üçün əlverişli zamandır. Sənədləşdirmədə dəqiq olun, səhvlərə yol verməyin. Birgə layihələrin həyata keçirilməsində detallara fikir verin. Aqressiv olmayın. Sərt ritorika heç bir nəticə verməyəcək.

Tərəzi - ilkin razılaşdırmalar olmadan yeni layihəyə başlamayın. Mühüm məsələləri götür-qoy etmədən təhlilə uğratmayın. Bəzi məqamları maraqlı tərəflə təklikdə danışmaq daha yaxşıdır. Fərdi məlumatların təhlükəsizliyini yoxlayın. Mühüm infomasiyanı əldə etmək üçün bütün vasitələrdən yararlanın. Kiminsə sizə etibar etdiyi sirri yaymayın.

Əqrəb - məhsuldar və yaxşı gündür. Ünsiyyət əvəzinə işə üstünlük verin. Yaxın ətrafınızdakı insanların maraqlarını nəzərə alın. Hər şeyi şəxsi mənafeyə qurban verməyin. Ambisiyalarınızda ifrata varmayın. Dəyər verdiyiniz insanların təməl istəklərini və ehtiyaclarını nəzərə alın.

Oxatan - məqsədləri konkretləşdirin, hədəfləri təftişə uğradın. Karyera müstəvisində inkişaf, gərəkli çevrələrdə əlaqələrin möhkəmlənməsi, peşəkar biliklərlə bacarıqların artırılması, ümumi informatik səviyyənin yüksəldilməsi - bütün bunlar aktualdır. İş yerində toplantı, rəhbərliklə müzakirə, rəsmi instansiyalardan birində aktiv təmaslar və müqavilələrə yenidən baxılması istisna deyil.

Oğlaq - Bilikləriniz, bacarıqlarınız, məlumatlarınızdan yararlanın. Uzunmüddətli tərəfdaşlığa, yeni layihəyə başlamaq olar. Dünyagörüşünüzü artırın, təcrübənizi genişləndirin. Təhsil, hüquq, elm, proqramlaşdırma, turizm, səhiyyə sahəsində fəaliyyət göstərənlər üçün əlverişli zamandır.

Dolça - layihəni genişləndirin. Mövcud qaydalar çərçivəsindən kənara çıxmayın. Hisslərə qapılmayın. Sərf etdiyiniz enerji ilə gördüyünüz işin sonucları arasında ədalətli nisbət olmalıdır. İndiyədək əldə etdiyiniz təcrübədən və baza materiallardan yararlanın. Elektron ödənişlərə üstünlük verin. Belədə daha maraqlı işlər üçün vaxtınıza qənaət edə bilərsiniz.

Balıqlar - yaxşı tanımadığınız insanlarla təmaslarda həddi aşmayın. Səmimi, nəzakətli olun. Təfərrüatlarına bələd olmadığınız situasiyalarda düşünülməmiş atılan addımlar sonradan ağır fəsadlara səbəb ola bilər. Perspektiv əlaqələrə üstünlük verin.

OXŞAR XƏBƏRLƏR
Ağsuda narkotik satışı ilə məşğul olan şəxslər saxlanılıb
Ağsuda narkotik satışı ilə məşğul olan şəxslər saxlanılıb
16.01.2026 - Bakıda şaxta olacaq
16.01.2026 - Bakıda şaxta olacaq
Dünən xeyli silah-sursat aşkarlanıb
Dünən xeyli silah-sursat aşkarlanıb
İlk qəhvəni hansı saatda içmək lazımdır? - Həkim açıqladı
İlk qəhvəni hansı saatda içmək lazımdır? - Həkim açıqladı
Səkilər daralır, problemlər artır: Bəzi yerlərdə velosiped zolaqları çəkilib, amma...
Səkilər daralır, problemlər artır: Bəzi yerlərdə velosiped zolaqları çəkilib, amma...
Misir Mərdanov Ramiz Mehdiyevin həyat yoldaşının vəzifəsinə gətirilir? - RƏSMİ AÇIQLAMA
Misir Mərdanov Ramiz Mehdiyevin həyat yoldaşının vəzifəsinə gətirilir? - RƏSMİ AÇIQLAMA
Azər Bayramov iqtisadiyyat nazirinin müavini TƏYİN EDİLDİ
Azər Bayramov iqtisadiyyat nazirinin müavini TƏYİN EDİLDİ
"Real Madrid"in TƏZƏ baş məşqçisi ilk oyundan sonra istefaya göndərilə bilər
"Real Madrid"in TƏZƏ baş məşqçisi ilk oyundan sonra istefaya göndərilə bilər