Azərbaycan İdeyası

Bu xüsusiyyət başqa telefonlarda yoxdur - dünyada ilk + video

Tarix:12-08-2016, 11:49
Baxış Sayı:439

Bu xüsusiyyət başqa telefonlarda yoxdur - dünyada ilk + video
“Kyocera” şirkəti dünyada bir ilk olan geniş bucaqlı iki action kameraya sahib smartfonu təqdim edib.

Axşam.az Technote-yə istinadən xəbər verir ki, “Kyocera Duraforce Pro” adlanan yeni smartfonun korpusu toz, palçıq, su və mexaniki xəsarətlərə qarşı qorunma xüsusiyyətinə sahibdir.

Smartfonun korpusu təkcə IP68 deyil, həmçinin 810G hərbi standartı üzrə də qorunma özəlliyinə sahibdir. O, vibrasiya, mexaniki xəsarət, temperatur və təzyiq enmələrinə qarşı dözümlüdür.

Smartfonun texniki göstəriciləri:

- 1920x1080 piksel keyfiyyətli 5 inç Full HD ekran

- 8 nüvəli Qualcomm Snapdragon 617 prosessoru

- 2 GB-lıq RAM və 32 GB-lıq daxili yaddaş

- 135 dərəcə görünüş bucaqlı ikili 13 MP-li action kamera (1080p keyfiyyətli çəkiliş dəstəklənir) və 5 MP-li ön kamera

- 3240 mAh enerji tutumlu batareya (sürətli enerji yığma funksiyası mövcuddur)

Cihaz bu ilin payız fəslində satışa çıxacaq. Onun hansı qiymətə satılacağı isə hələki bilinmir.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı