Azərbaycan İdeyası

Acı bibərin — FAYDALARI VƏ ZİYANI

Tarix:10-01-2017, 15:23
Baxış Sayı:481

 Acı bibərin — FAYDALARI VƏ ZİYANI

Acı bibər son illər mətbəximizə ayaq açıb. Qırmızı və yaşıl rəngdə olan acı bibərin insan orqanizminə faydaları ilə yanaşı ziyanı da var.

Korrupsiya və Qanun saytı bu gün oxuculara acı bibərin faydaları barədə məlumat verəcək.

Acı bibər 88 % sudan ibarətdir. 100 qram acı bibərin 44 kkal kalorisi var. Tərkibində A, C, B1, B3, B6, B9, PP, E, K vitaminləri, beta-karotin, riboflavin və xolin maddələri var.

Faydaları

Qırmızı bibərin acılığı bu tərəvəzin ən qiymətli xüsusiyyətidir. Bədən tempraturunu artırmadan bibər tozu sürtdüyümüz bədən üzvünü qızışdırır. Yüksək tempratur nəticəsində qandamarları genişlənir, faydalı maddələr balansı artır, toxuma və orqanlar oksigenlə zənginləşir və ağrı aradan götürülür.

Ağır başağrı zamanı acı bibər suyunu buruna sürtmək kifayət edir. 1-3 gün ərzində güclü başağrısı yoxa çıxır. Bu amerikalı alimlər tərəfindən sübuta yetirilib. Təcrübə tələbələr üzərində aparılıb.

Acı bibər qatılmış qida uzun müddət xarab olmur və mədəyə daxil olaraq bir çox mikrobu məhv edir.

Kosmetika sahəsində də acı bibərdən istifadə edilir. Sellülit əleyhinə bir çox kremin tərkibində acı bibər var. Eyni zamanda, balzam, yağ və saç vasitələrində də acı bibərdən istifadə edilir.

Bundan başqa pəhriz saxlayanlar arasında "acı pəhriz" də məşhurdur.

Acı bibərin tərkibi B qrupu vitaminləri, mikro elementlər, efir yağları ilə zəngindir. Qırmızı bibərin tərkibində isə əlavə olaraq A və C vitaminləri də var.

Zərəri

Acı bibərin zərərli cəhətləri də var. Belə ki, stenokardiya, gipertoniya, aritmiya xəstələri acı bibər qəbul etməməlidirlər. Çünki acı bibər bu tip xəstələrin sağlamlığı üçün təhlükəlidir.

Eyni zamanda, qara ciyər və böyrək xəstəliyindən əziyyət çəkənlər də acı bibərdən istifadə etməməlidir.

Qastrit, mədə xorası, mədə-bağırsaq sistemi xəstəliklərindən əziyyət çəkənlər də acı bibərdən uzaq durmalıdırlar.

Acı bibərin elə növləri var ki, dəridə səpki və qaşınmalara səbəb olur. Əgər əlinizi acı bibərə vurmusunuzsa, mütləq əllərinizi yuyun.

OXŞAR XƏBƏRLƏR
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama