Azərbaycan İdeyası

“Univermaqda nə POS-terminal var, nə də çek verilir” - ŞİKAYƏT +FOTO

Tarix:17-11-2025, 12:36
Baxış Sayı:59



“Moskva” Univermağında qızıl mağazalarında POS-terminal istifadə edilmir.

Bu barədə vətəndaş tərəfindən şikayət daxil olub.
Şikayətçi bildirib ki, o, alacağı qızıl məmulatının ödənişini POS-terminal vasitəsilə etmək istəsə də, satıcı ona mağazada POS-terminalın olmadığını deyib:

“Ödənişi ya nağd, ya da kartdan-karta köçürmə ilə edə biləcəyimi dedilər. Həmin vitrinin yanındakı digər satıcılar da POS-terminal olmadığını bildirdilər. Əgər POS-terminal tapsalar, ödəniş məbləği nağd qiymətdən daha yüksək olacaqmış. Buna görə də almaqdan imtina etdim. Amma hansı vitrinə yaxınlaşdımsa, eyni cavabı aldım – POS-terminal yoxdur. Heç nağd qızıl alan kəslərə də çek də verilmirdi”.

Məsələ ilə bağlı “Moskva” Univermağının mətbuat xidmətinə sorğu ünvanlamışıq.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiqlənmiş “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”na əsasən, dövriyyəsindən və ərazisindən asılı olmayaraq ƏDV ödəyicilərinin bütün təsərrüfat subyektlərində, eləcə də rüb üzrə orta aylıq dövriyyəsi 2.000 manatdan artıq olan vergi ödəyicilərinin bütün obyektlərində POS-terminalın quraşdırılması məcburidir.

Bundan əlavə, Vergi Məcəlləsinə əsasən, POS-terminalın quraşdırılmasının məcburi olduğu obyektlərdə POS-terminalın ümumiyyətlə quraşdırılmamasına və ya POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1 000 manat məbləğində, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3 000 manat məbləğində, təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə isə 6 000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.


OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?