Azərbaycan İdeyası

Qadın fitnəsi ilə öldürülən Peyğəmbər - MARAQLI

Tarix:30-01-2017, 14:17
Baxış Sayı:454

  Qadın fitnəsi ilə öldürülən Peyğəmbər - MARAQLI

“Biz İsrail oğullarından əhd almış, onlara peyğəmbərlər göndərmişdik. Hər dəfə bir peyğəmbər onlara ürəklərinə yatmayan bir hökm gətirdikdə (həmin peyğəmbərlərin) bir qismini yalançı hesab edər, bir qismini də öldürərdilər.
Və elə hesab edərdilər ki, (bunun müqabilində özlərinə) heç bir bəla üz verməyəcəkdir... ”. “Süfrə” surəsi, 70-71-ci ayələr
Yəhya Peyğəmbər Zəkəriyyə Peyğəmbərin oğlu olmaqla, yəhudilərə göndərilmiş Peyğəmbər idi. Missiyası İsa əleyhissəlamın müjdəsini vermək və təbliğat işlərində ona yardımçı olmaq idi.
“Quran”da Yəhya Peyğəmbər belə zikr edilməkdədir:
'Ey Yəhya! Kitabdan bərk yapış!. Biz uşaq ikən ona hikmət (peyğəmbərlik) verdik. Biz həm də ona Öz dərgahımızdan bir mərhəmət (insanlara qarşı şəfqət) və paklıq bəxş etdik. O, çox müttəqi idi... Ona doğulduğu gün də, öləcəyi gün də, diriləcəyi gün də (həm bu dünyada, həm o dünyada), salam olsun!” “Məryəm” surəsi, 12-15-ci ayələr.
Peyğəmbərlər tarixindən bizə məlumdur ki, Yəhyaya üç yaşından Peyğəmbərlik verilmişdi. Yaşıdları deyəndə: "Gəl gedək oynamağa!" Yəhya onlara belə cavab verirmiş: "Biz oynamaq yox, böyük işlər görmək üçün yaranmışıq".
Həzrət Yəhyanın peyğəmbərlik dövrü Hirudis adlı bir padşahın hakimiyyəti zamanına düşürdü. Hirudis Yəhyaya inanır və təbliğ etdiyi şəriətə əməl edirdi. Bir gün padşah dul qalmış qardaşı arvadı Hirudiyya (Bəzi mənbələrdə qardaşı qızı kimi göstərilir) ilə evlənmək istəyir. Qadın da buna çalışırdı və biri-birlərini sevirdilər. Lakin, Yəhyanın təbliğ etdiyi şəriət qanunları bunu inkar etdiyindən Hirudis həmin qadının evlənmək istəyini rədd edirdi və ona yaxın durmurdu. Bu səbəbdən qadın Yəhyaya çox qəzəbli idi və onu aradan götürməyin yollarını düşünürdü. Bir neçə dəfə padşaha Yəhyanı öldürməyi təklif etsə də Hirudis bunu qəti şəkildə rədd etmişdi.
Bir gün Hirudis özü üçün ad günü keçirdirdi. O, böyük məclis qurub qoşun başçılarını və məmləkətin ən hörmətli şəxslərini dəvət etdi. Hirudiyanın qızı məclisə gəlib rəqs etdi. O, öz rəqsi ilə Hirudis və məclis əhlini şad etdi. Padşah qıza dedi: -"Ürəyin nə istəyir mənə de!" Padşah and içdi ki, hər nə istəsən, hətta mal-dövlətimin yarısını da istəsən, sənə verəcəyəm. Qız anasının yanına gedib dedi ki, padşahdan nə istəyim? Anası dedi: "Yəhyanın başını istə". Qız məclisə qayıdıb padşahdan xahiş edərək dedi: "İndi bu saat istəyirəm ki, Yəhyanın başını tabağa qoyub mənə verəsən".
Padşah çox narahat oldu. Lakin and içdiyi üçün onun sözündən keçə bilmədi. Tez bir cəllad göndərib Yəhyanın başını gətirtdi. Yəhyanın başını tabağa qoyub qıza verdi. Qız da onu anasına verdi.
Mənbələrdə xəbər verilir ki, Yəhyanı öldürəndə onun bir damcı qanı yerə tökülür. Həmin qan damcısı qaynayıb yuxarı qalxır. Camaat onun üstünə torpaq tökür. Lakin qan qaynaya-qaynaya yuxarı qalxır. Nə qədər torpaq tökürürlərsə belə qan yenə də yuxarı qalxır. Nəhayət, böyük bir torpaq təpə düzəlir. Amma qan yenə də qaynayır. Həmin dövrdə Allah taala zülümkar Buxtunnəsri onlara hakim edir. Zalım hökmdan 70 min adamı qırandan sonra qan daha qaynamır.
Xatırladaq ki, Həzrət Yəhyanın atası Zəkəriyyə Peyğəmbər də yəhudilər tərəfindən öldürülmüşdü (bu başqa bir söhbətin mövzusudur).

OXŞAR XƏBƏRLƏR
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Marghany Teymur Elsayad Mohamed Ahmed oğlu tərəfindən Ə R İ Z Ə+FOTO
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Marghany Teymur Elsayad Mohamed Ahmed oğlu tərəfindən Ə R İ Z Ə+FOTO
3 gün ardıcıl iş olmayacaq.
3 gün ardıcıl iş olmayacaq.
Babək Rzayev məhkəmə zalında həbs edildi - Hökm
Babək Rzayev məhkəmə zalında həbs edildi - Hökm
Azərbaycanın üç gəmisi heyətlə birgə girov götürülüb – Rəsmi
Azərbaycanın üç gəmisi heyətlə birgə girov götürülüb – Rəsmi
Təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silinib
Təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silinib
Bakıda 10 yeni metro stansiyası tikiləcək – Prezident Açıqladı
Bakıda 10 yeni metro stansiyası tikiləcək – Prezident Açıqladı
Pensiya və maaş artımları nə vaxtdan qüvvəyə minir?
Pensiya və maaş artımları nə vaxtdan qüvvəyə minir?
Sabirabadda polisin “malaladığı” rəzalət: Xuliqanlığını ört-basdır etmək üçün on dörd yaşlı qızın adını dilə-dişə saldı
Sabirabadda polisin “malaladığı” rəzalət: Xuliqanlığını ört-basdır etmək üçün on dörd yaşlı qızın adını dilə-dişə saldı