Azərbaycan İdeyası

“Məhkəməyə verəcəyəm” - Manaf yüksək vəzifəli məmur tərəfindən döylülüb? - Video

Tarix:5-02-2020, 12:43
Baxış Sayı:77


Bir neçə gündür Penitensiar Xidmətin Müalicə Müəssisəsinin sabiq rəisi Elgiz İsmaylovun tanınmış müğənni Manaf Ağayevi döyməsi ilə bağlı iddialar yayılıb.
Bu barədə feysbuk səhifələrinin birində yayılan məlumatda bildirilir ki, tez-tez Penitensiar Xidmətin Müalicə Müəssisəsində dostu ilə görüşə gedən tanınmış ifaçı müəssisənin əməkdaşları ilə kobud rəftar edib. Bunu bilən Elgiz İsmaylov görüş yerinə gələrək M. Ağayevlə söhbət etmək istəyib. Məhz bundan sonra tərəflər arasında mübahisə yaranıb. Olanları həzm edə bilməyən E. İsmayılov ailəvi görüş otaqlarından birində Manafı döyüb.
Başqa bir məlumata görə isə bu hadisədən möhkəm qəzəblənən Manaf Ağayev dostları vasitəsilə Penitensiar Xidmətin rəisi Ceyhun Həsənovla dil tapıb və ona külli miqdarda pul verərək, Elgiz İsmaylovu Müalicə Müəssisəsinin rəisi vəzifəsindən xaric etdirib.
Korrupsiya-q.az saytı Yenisabah.az - a istinadla xəbər verir ki, müğənni məsələyə Tarix Əliyevin (Tolik) “Youtube”da yayımlanan “Səmimi” layihəsində təfərrüatı ilə açıqlama verib. Manaf Ağayev yayılan xəbərlərin yalan olduğunu deyib:
“Mən aydınlıq gətirim. Mən burdan Elgiz müəllimə dərin təşəkkürümü bildirirəm. Mən həbsxana rəislərini yaxşı tanıyıram, çünki mən həbsxanaya konsertlərə çox getmişəm. Mən həyatda Elgiz kimi qabiliyyətli, mədəni insan görməmişəm. O bizim qulluğumuzda necə dururdu, camaatı qarşılayırdı. Allah şahiddir ki, mən olanı deyirəm. Bu, boş-boş bəhanələrdir, kimisə gözdən salmaq üçün. Guya mən onu işdən çıxartdırmışam, o boyda polkovniki işdən çıxartdırmışam? O sadəcə yerini dəyişdi. Onun kimləsə ədavəti var yəqin, məni də atıblar ortaya”.
İfaçı bu məlumatı yayanları məhkəməyə verəcəyini də açıqlayıb:
“Təbii ki, məhkəməyə verəcəyəm. Həmin adama zəng edib soruşurlar ki, “sən bu məlumatı haradan almısan?” deyir mənə “mail”imə atıblar o məlumatı. Sənə atıblarsa, zəng et məndən soruş. Burada mənlik bir şey yoxdur. Eşitdiyimə görə, məlumatı yayanlar “Yatıb-çıxmış” jurnalistlərdəndir. Ona görə onlara pislik etmək istəyir və məni də ortaya atıb. Mən də onları məhkəməyə verəcəyəm, özü də sübut edəcəyəm”.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
Azərbaycanda icra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI - FOTO
Azərbaycanda icra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI - FOTO
TƏBRİK EDİRİK!
TƏBRİK EDİRİK!
Adil Əhmədov - 70
Adil Əhmədov - 70
Məhkəmə hakimi “Ginnesin Rekordlar Kitabı”na düşməyə çalışıb
Məhkəmə hakimi “Ginnesin Rekordlar Kitabı”na düşməyə çalışıb
Uğursuz “jurnalist” qovulduğu qəzetə qarşı qarayaxma kampaniyası aparır
Uğursuz “jurnalist” qovulduğu qəzetə qarşı qarayaxma kampaniyası aparır
Vurduğu təsdiqlənməyən maddi ziyanı nə məqsədlə anasına ödətdirirdilər?
Vurduğu təsdiqlənməyən  maddi  ziyanı nə məqsədlə anasına ödətdirirdilər?