Azərbaycan İdeyası

Səhərin üzücü xəbəri: “Toppuş bacı”: Xəstəlik metastaz verib, boğazıma kimi yayılıb - YENİLƏNİB

Tarix:11-06-2020, 12:12
Baxış Sayı:72




Əməkdar artist Tünzalə Əliyeva şəxsi Instagram hesabında səhhətində yaranmış ciddi problemlə bağlı məlumat paylaşıb.
Hər şeyin yaxşı olacağına inandığını bildirib.
“Hər vaxtınız xeyr olsun. Bu sözləri yazmaq mənim üçün çox çətindir. Təəssüf ki, xəstəliyim metastaz verib və boğazıma qədər yayılıb. Milli Onkologiya Mərkəzində 6 seans kimya terapiyası keçəcəyəm. İnşallah, sağalaram. Əlbəttə, mən hər an hər şeyə özümü hazırlamışam, amma inanıram ki, hər şey yaxşı olacaq. Çünki Zəhra qızım hələ çox balacadır. Mən hələ böyütmək istəyirəm onu. Akademik Cəmil Əliyev və Milli Onkologiya Mərkəzinin rəhbəri Azad bəyə təşəkkür edirəm ki, məni belə diqqətdə saxlayırlar və bütün müalicəni tam təmənnasız edirlər. Bütün kollektivə təşəkkür edirəm”, - deyə o vurğulayıb.
Qeyd edək ki, əməkdar artistin xəstəliyi ötən il baş qaldırıb. Tünzalə Əliyeva cərrahi əməliyyat keçirib və kimya terapiyası alıb.


17.04


“Toppuş bacı” kimi məşhurlaşan Əməkdar artist Tünzalə Əliyevanın yenidən səhhətində problemlər yaranması ilə bağlı məlumat yayılıb.
Korrupsiya-q.az bildirir ki, məsələ ilə bağlı oxu.az-ın əməkdaşı Tünzalə Əliyeva ilə əlaqə saxlayıb.
Aktrisa yayılan məlumatların həqiqəti əks etdirmədiyini dilə gətirib:
“Haqqımda yayılan xəbərlər dezinformasiyadan başqa bir şey deyil. Sadəcə, gedib müayinə olunmuşam. Gələn həftənin ilk günlərində gedib analizlərimin cavabını alacağam. Hazırda Milli Onkologiya Mərkəzində deyiləm, bu da şayiədir”.
Qeyd edək ki, Tünzalə Əliyeva uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyər çəkir. O, səhhətindəki problemləri aradan qaldırmaq üçün tez-tez müayinə olunur.

Bu xəbərləri də oxumaq üçün yazıya tıklayın:

OXŞAR XƏBƏRLƏR
Cinayət-Prosessual Məcəlləyə dəyişiklik təsdiq edildi
Cinayət-Prosessual Məcəlləyə dəyişiklik təsdiq edildi
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır