Azərbaycan İdeyası

AzTV-nin aparıcısını şantaj edən şəxs sabiq kanal rəhbərinin oğludur - FOTO

Tarix:11-08-2020, 13:33
Baxış Sayı:210


Azərbaycan Dövlət Televiziyasının (AzTV) əməkdaşını şantaj etdiyi üçün həbs edilən şəxs tanınmış televiziyaçının oğludur.
Unikal.org-un məlumatına görə, həbs edilən 1982-ci il təvəllüdlü Yusif Şəfiyev tanınmış jurnalist və teleşərhçi, “ARB 24” televiziyasının sabiq rəhbəri, hazırda isə Basqal bələdiyyə sədri olan Nadir Şəfiyevin oğludur.
Qeyd edək ki, AzTV-nin xanım əməkdaşı A.S. ilə (ad və soyad şərtidir) bir müddət tanışlıq münasibətində olan bir nəfər aralarındakı münasibətlər sona çatdıqdan sonra həmin xanıma məxsus sosial mediadan və şəxsi profillərindən əldə etdiyi şəkillərini montaj edərək, rüsvayedici şəkillər hazırlayaraq, qadının özünə göndərib və ondan dəfələrlə müxtəlif məbləğlərdə pullar tələb edib.
Tələb etdiyi məbləğdə pulları ona ödəməyəcəyi təqdirdə həmin xanıma məxsus rüsvayedici şəkilləri ictimailəşdirəcəyi ilə hədələyib. Həmin şəxs xeyli miqdarda pulu əldə etdikdən sonra montaj edilmiş şəkilləri “aztvxana” adı ilə açdığı “Instagram” səhifəsində paylaşıb.
Araşdırmalarla həmin şəxs - 1982-ci il təvəllüdlü Şəfiyev Yusif Nadir oğlu barəsində Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə cinayət işi başlanıb.
Şəfiyev Yusif Nadir oğlunun törətdiyi cinayət əməli aparılmış ibtidai istintaq zamanı toplanmış sübutlarla tam təsdiq olunduğundan ona cinayət məcəlləsinin həmin maddəsi ilə ittiham elan edilməklə barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Yusif Şəfiyevin atası Nadir Şəfiyev və digər qardaşı Allahverdi Şəfiyev ARB telekanalındakı vəzifələrindən oğurluq faktına görə kənarlaşdırılıblar.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı