Azərbaycan İdeyası

"Qaçaq Nəbi"nin Həcəri hamını ağlatdı -

Tarix:18-12-2015, 15:43
Baxış Sayı:667

"Qaçaq Nəbi"nin Həcəri hamını ağlatdı -


Əməkdar artist Ənvər Həsənov həyat yoldaşı Mömünat xanımın portretini bağrına basıb göz yaşı axıtdı.
"Korrupsiya və Qanun" saytı gecce.az-a istinadən xəbər verir ki, ötən gün "10dan sonra" verilişinin aparıcısı Yusif Ağayev aktyor haqqında təqdim edilən süjetdən sonra onu canlı efirə dəvət etmişdi. Dəvəti qəbul edən Ənvər Həsənov "Qacaq Nəbi"nin Həcəri, "Dərviş Parisi partladır"ın Şərəfnisəsi, həyat yoldaşı Mömünat xanımı xatırladı:
"Yanvarın 13-ü idi. Rayona getməyə qərar verdik. Düşündük ki, köhnə Yeni ili qarlı məkanda qeyd edək. Gördüm ki, Mömünatın həvəsi yoxdur getməyə, dedim, qal. Mən gedib sabah qayıdaram. Razılaşdı. Amma ov tüfəngimi götürdüyümü görəndə, fikrindən yayındı. Həcərliyini büruzə verdi. Rayon yolu çox buzlu idi. Maşın sürüşməyə başladı. Əyləci basdım, maşın fırlandı. Qarşıdakı avtomobilə vurmaq istəmədim, içində uşaqlar var idi. Bizim maşında əyləşən ailə dostumuzun xanımı dedi ki, "Ənvər, qarşıda iki ağac var, gör maşını ora sala bilərsən? Amma maşın ağaca çırpıldı və Mömünatla mən tərəfi tutdu. Dünyasını dəyişdi. Özümdə toxtaxlıq tapıram ki, üç filmə çəkilib. Gələcəkdə nəvə, nəticələrim üçün filmlərimiz yadigar qalacaq".
Verilişin irəliləyən dəqiqələrində Y.Ağayev rəssam Elmir Ağalarovun çəkdiyi Mömünat xanımın portretini Ənvər bəyə təqdim etdi. Bu mənzərə həm Yusif Ağayevi, həm Ənvər bəyi göz yaşına qərq etdi. Portreti öpüb sinəsinə sıxan Ənvər müəllim göz yaşlarını saxlaya bilmədi. Bu mənzərə studiyada hamını ağlatdı.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı