Azərbaycan İdeyası

Xalq artisti Arif Quliyev könüllü olaraq orduya yazılıb.

Tarix:13-10-2020, 11:13
Baxış Sayı:88

Xalq artisti Arif Quliyev könüllü olaraq orduya yazılıb.

Bu barədə Kult.az-a açıqlamasında xalq artistinin özü deyib. O bildirib ki, bir neçə gün öncə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsində qeydiyyatdan keçib: "Yetmiş yaşım var. Buna baxmayaraq, Vətənim üçün döyüşməyi özümə borc bilirəm. Ona görə də gedib könüllü olaraq qeydiyyatdan keçdim. Axırıncı hadisələrdən sonra xalq arasında güclü birliyin olduğunu gördüm. Bu da məni sevindirir". Xalq artisti koronavirus pandemiyası bitdikdən sonra 70 illik yubileyindən də danışıb: “Pandemiya bitəndən sonra - oktyabr ayında yubileyimin keçirilməsi nəzərdə tutulub. Bu haqda indiyə kimi heç yerə müraciət etməmişəm. Dövlətimiz sağ olsun, bu vaxta qədər ən ali mükafatlarla təltif olunmuşam. Həmişə diqqətdə saxlayıblar". Arif Quliyev Özbəkistandan film təklifi aldığını da bildirib: “Pandemiyanın bitməsini gözləyirik. Özbəkistandakı çəkilişlər koronavirusa görə təxirə düşmüşdü. Həmin filmdə Tariyel Qasımovla birgə çəkiləcəyik. Hələ ki, gözləyirik".

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı