Azərbaycan İdeyası

Kədərli bir GÜN-Miniatür (Xocalılara ithaf edirəm) 26 фев 2015

Tarix:26-02-2015, 15:37
Baxış Sayı:654

 Kədərli bir GÜN-Miniatür (Xocalılara ithaf edirəm)  26 фев 2015

Bu gün ən kədərli günümdür.Bu gün mən ölmüşəm. Bütün Azərbaycan, bütün dünya mənim yasıma gəlib. Bu gün Xocalı Soyqırımı Günüdür. Mən də bu gün vurulmuşam. Sinəm yaralıdır. Ağır-ağır nəfəs alıram. Bu gün mən bir qoca kimi, bir gənc kimi, körpə kimi güllə yarasıyla şəhid olmuşam. Bu gün mənim 5 yaşlı uşağın üzünü soyan kimi mənim də üzüm soyulub, gözlərim çıxarılıb, əllərim qırılıb, dırnaqlarımı söküblər. Bu gün mən bir dağın döşündə uzanan meyidəm. Bu gün gözlərim açıqdır, amma heç kimi, heç nəyi görmürəm. Soyuqdan tir-tir əsərək səngərdə donan əsgərəm. Sinəmi güllə yalayıb keçib. Al-qırmızı qana bürünmüşəm. Amma dayanıram. Vətən eşqiylə düşmən gülləsinə tuş gəlsəm də yenə nəfəs alaraq son gücümü toplayıb düşmən qarşısına əliyalın çıxıram. Yumruqlarım düyünlənib. Qaşlarımı çatmışam. Son məramım arzularımın çin olduğunu görmək, azad torpağımda ölmək, VƏTƏN göylərinin üzünü açıq görmək istəyirəm. Gecədir. Gözüm ulduzlara baxa-baxa yuxuya gedirəm. Əbədi bir ölüm gətirən dərin bir yuxuya! Gözüm yumulur. Mən işıqlı bir sabah görürəm. O sabah ki, mən orada olmayacağam. Ruhlar oynaşır aydın səmalarda. Bu bahar gecikən qaranquşlar kimi ruhların rəqsi də gecikib. Bizim QƏLƏBƏMİZ kimi! Qaranquşlar bir az keçəndən sonra uçub gəldilər. Yuvalarını qurdular. QƏLƏBƏ də gələcək. Biz də YURD-YUVAMIZI quracağıq. Amma torpaqda yatan ŞƏHİDLƏR geri dönməyəcək. Onların ruhudur gecikən. Axı bu gecə onlar hələ mənzil başına çatmayıblar. Ona görə də geri gec qayıdacaqlar. Qaranquşlar kimi!

Ömür dedikləri bir karvan yolu!

Bu, doğrudur.

Bu dünya bir pəncərə,
Hər gələn baxar gedər!

Bu da doğrudur!

Xocalılar da bu pəncərədən baxdılar. Mən də baxdım, sən də baxacaqsan, o da baxacaq. Biz də baxacağıq. Amma bu baxmaqda hərə bir məna görəcək. Kimsə peşman olacaq, kimsə sevinəcək. Amma ümumilikdə götürəndə hamını kədər-qəm bürüyəcək. Son məqamda dünyanın vəfasız olduğunu duyacağıq.
Salamat qal, dünya!. Bir də Yer üzünə gəlməyəcəyəm. Salamat qal, dağlar. Çiçəyini, gülünü dərməyəcəyəm!
Qoşa bulaq! Ax, çağla həzin-həzin. Ovuc-ovuc suyunu içməyəcəyəm ...

Nizami Məmmədzadə


Müəllif: QafqazMedia.az Baxanlar: 10

OXŞAR XƏBƏRLƏR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
İlham Əliyev Malavi Prezidentini təbrik edib
İlham Əliyev Malavi Prezidentini təbrik edib