Azərbaycan İdeyası

“Qatil”in təqdimatı oldu

Tarix:22-10-2015, 10:47
Baxış Sayı:593

Nizami Kino Mərkəzində xalq yazıçısı Elçinin eyniadlı pyesi əsasında lentə alınan rejissor Kamran Şahmərdanın "Qatil" bədii filminin təqdimatı olub.
"Korrupsiya və Qanun" qəztinə istinad olaraq, “Qafqazinfo”nun məlumatına görə, mərasimdə dövlət rəsmiləri, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları və sənət adamları iştirak edib.
Filmin rejissoru Kamran Şahmərdan bildirib ki, “Qatil” pyesi əsasında hazırlanan tamaşa Sankt-Peterburqda maraqla qarşılanıb və filmin də tamaşaçılar tərəfindən seviləcəyinə inanır.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ekranlaşdırılan film C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Finlandiyanın “Black and White Studio”, Gürcüstanın “Studio 33A” və “Vars Studio” şirkətlərinin iştirakı ilə istehsal olunub.
Psixoloji dram janrında çəkilən yeni ekran əsərinin ssenari müəllifi xalq yazıçısı Elçin, quruluşçu operatoru Mixail Maqalaşvili, quruluşçu rəssamı Rəşad Mehdiyev, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə baş rolları Eka Çxeidze və Apollon Kublaşvili canlandırırlar.

OXŞAR XƏBƏRLƏR
James 13 aprel 2018 01:09
  Жалоба     
That alone wwas an egregious oversight on thheir own part, since
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı