Azərbaycan İdeyası

İyulun 21-də jurnalistlər üçün üçüncü binanın təməlqoyma mərasimi keçiriləcək

Tarix:14-07-2017, 13:03
Baxış Sayı:329

 İyulun 21-də jurnalistlər üçün üçüncü binanın təməlqoyma mərasimi keçiriləcək

“Mənzil veriləcək jurnalistlərin namizədliyinin müəyyən olunması zamanı biz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik. Nazirlik bizə hər bir jurnalist haqqında arayış verdi. Həmin arayış bizim işimizə çox yaradı. Məlum oldu ki, bir qrup jurnalistin hesabında bir manat vəsait yoxdur”.
Moderator.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, KİV əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış komissiyanın sədri Vüqar Səfərli deyib.
O qeyd edib ki, redaksiyalarda qanuni əmək müqavilələri olmadığından jurnalistlər aldadılır, aldığı əmək haqqından sosial hesaba ödəniş edilmir: “Bunun əsas səbəbi nədir? Onlar 22 faiz sosial müdafiə vəsaiti ödəməkdən qaçırlar. Ancaq biləsiniz ki, işə götürülən zaman məlumat nazirliyin bazasına daxil olmalıdır. Hər bir jurnalist işlədiyi yerdə öz hüquqlarını tələb etməlidir. Biz növbəti ildən fondun qaydalarına əlavə və dəyişikliklər edəcəyik. Bizdən maliyyələşən qəzetlərdən müqavilələrin surətlərini istəyəcəyik. Qaydalarda o da göstəriləcək ki, gündəlik və həftəlik qəzetdə neçə nəfər işləməlidir. İşçilərin müqavilələrini onlardan tələb edəcəyik ki, bu da jurnalistə böyük kömək olacaq. Elə jurnalist var, 20 ildir çalışır, amma rəsmi olaraq beş il stajı yoxdur. Onlar sonradan bunun zərərini çəkirlər”.
Vüqar Səfərli qeyd edib ki, iyulun 21-də üçüncü binanın təməlqoyma mərasimi olacaq: “Mən istəyirəm ki, jurnalistlər qeyd etdiyim məsələlərdə diqqətli olsunlar ki, növbəti il bölgüdən kənarda qalmasınlar”.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı