Azərbaycan İdeyası

MTRŞ “Maşın”ı tənqid etdi - “Tamaşaçılara hörmətsizlikdir...”

Tarix:16-10-2017, 16:47
Baxış Sayı:1 344


  MTRŞ “Maşın”ı tənqid etdi - “Tamaşaçılara hörmətsizlikdir...”
“Çox təəssüf ki, “Maşın şou” verilişində iştirakçılar arasında bir-birinə qarşı qeyri-mədəni davranışlar, aqressivlik halları müşahidə olunur. Efirdə ədəbi dillə bağlı problemin aktual olduğu bir şəraitdə şouda vulqar ifadələrdən, küçə danışıq tərzindən istifadənin baş alıb getməsi narahatlıq yaradır”.
Korupsiya-q.az xəbər verir ki, bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. O bildirib ki, iştirakçılar bir çox hallarda qarşılıqlı yersiz ittihamlara yol verməklə efir etikasına zidd situasiya yaranmasına səbəb olurlar: “Təəssüf ki, aparıcı bu cür halların qarşısının alınmasına çalışmır. Bütün bunlar isə tamaşaçılara qarşı hörmətsizlikdir. Adətən qalmaqallı davranışları ilə tanınan şou-biznes nümayəndələrinin, bəzi jurnalistlərin, aktyor və aktrisaların məqsədyönlü şəkildə şouda iştirakı neqativ hallara səbəb olur”.
Şöbə müdiri qeyd edib ki, şounun iştirakçılarının düzgün seçilməsinə və ümumilikdə şounun teleradio yayımı haqqında qanunvericiliyin tələbləri çərçivəsinə salınmasına ciddi ehtiyac var: “Hiss olunur ki, şounu hazırlayan prodakşn yayımçıya öz şərtlərini diktə etməkdədir. “Maşın şou”da sponsor reklamlarının həddən artıq olması da diqqəti cəlb edir. Şouda bəzən sponsor reklamı qanunvericilikdə müəyyənləşdirilmiş normadan 7-8 dəfə çox verilir. Bütün bunlar monitorinq qrupunun diqqətindədir və müvafiq şəkildə arayışlar tərtib olunur”.
Qeyd edək ki, “Maşın şou” verilişi ATV telekanalında yayımlanır. Verilişin aparıcısı Murad Dadaşovdur.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı