Azərbaycan İdeyası

MTRŞ sədri: Aparıcılar efirdə xarici sözlər işlədir

Tarix:16-08-2017, 13:08
Baxış Sayı:954


 MTRŞ sədri: Aparıcılar efirdə xarici sözlər işlədir

“Qloballaşan dünya mili dillərin üzərində təzyiqləri artırır."


"Qloballaşan dünya mili dillərin üzərində təzyiqləri artırır. Bu baxımdan, biz öz dilimizi müdafiə tədbirlərini gücləndirməliyik”.
Korrupsiya və Qanun saytı Report-a istinadən xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

Onun sözlərinə görə, dili qorumaq üçün mümkün olan edilməlidir: "Bəzən aparıcılar efirdə müəyyən xarici sözlər işlətməklə yenilik etmək istəyirlər. Amma hər bir vətəndaş Azərbaycan dilinin saflığını qorumaq üçün çalışmalıdır. Bizi narahat edən məqamlardan biri aparıcıların sürətli danışması ilə bağlıdır. Şivə danışıq dili də aparıcıların dilində olmamalıdır”.
MTRŞ sədri bildirib ki, dilin qorunması işində ziyalıların üzərinə çox böyük vəzifələr düşür: "Üzümü ziyalılara tuturam. Dilin saflığını qorumaq işində öndə getsinlər. Təəssüf ki, çox zaman bu sahədə ən pis örnəkləri ziyalılardan görürük. Görüləsi işlər çoxdur. Bəzən ziyalılar efirdə Azərbaycan dilində fikrini ifadə edə bilmir. Baxmayaraq ki, müstəqilliyimizdən 26 il keçir”.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı