Azərbaycan İdeyası

Teatr direktoru məşhur teleaparıcını sərt tənqid etdi: "Düşünülməmiş fikirlərdir"

Tarix:18-10-2017, 13:40
Baxış Sayı:1 399


  Teatr direktoru məşhur teleaparıcını sərt tənqid etdi: "Düşünülməmiş fikirlərdir"
"Bu adamın teatrın fəaliyyətindən, repertuarından, tarixindən heç xəbəri yox imiş. Çox təəssüf edirəm ki, bu gün jurnalist, aparıcı Azərbaycan teatrının tarixini bilmədən bu şəkildə danışır. Gənc Tamaşaçılar Teatrı Azərbaycan teatr tarixinə neçə-neçə böyük sənətkarlar bəxş edib və bu gün də bu proses davam edir. Teatrımızın 250-dən çox heyəti var. Bu qədər heyəti olan teatra necə "balaca" demək olar axı?!" . Bunu aparıcı Rövşanə Ağasəfqızının (Bektaşi) ARB TV-də yayımlanan "Səhər-səhər" verilişində işlətdiyi fikirlərə münasibət bildirən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov deyib.
O qeyd edib ki, bəzi insanlar teatrları belə düşünülməmiş sözlərlə nəzərdən salırlar: "Mən xəbərləri saytlardan oxudum. Bu, Azərbaycan mədəniyyətidir, peşəkar milli teatrımızın ayrılmaz bir qoludur. İstər Şuşa Dövlət Musiqili Dram Teatrı olsun, istərsə də İrəvan Dövlət Azərbaycan Dram Teatrı . Azərbaycandakı məcburi köçkün teatrlarının dünyada analoqu yoxdur, bu teatrlar yaşamalıdır. Burada çalışan insanlan fədakardırlar ki, belə bir vəziyyətdə bu teatrları yaşadıblar. Bu adamın teatrın fəaliyyətindən, repertuarından , tarixindən heç xəbəri yox imiş. Belə fikirlərə qəti şəkildə etiraz edirik. 10 milyonluq xalqının qarşısına çıxıb belə sözlər söyləmək bilmirəm nəyə qulluq edir. Bu çox düşünülməmiş fikirlərdir. Qaldı ki, "teatra hərə bir sənət gətirir" sözünə, sənəti gətirmirlər, sənəti yaradırlar, yaşadırlar. Onu yaradanlar fədakar insanlardır, onlara dəstək olmaq lazımdır, belə sözlər demək lazım deyil".
Qeyd edək ki, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradov Rövşanə Ağasəfqızı "Qaçqın teatrlar nəyə lazımdır, bağlansınlar" fikirlərinə görə tənqid edib. Bu zaman aparıcı deyib ki, bu onun şəxsi fikridir: "Niyə biz tənqidə açıq deyilik? Yenə də fikrimdə qalıram. Düşünürəm ki, balaca-balaca teatrlardansa, onu böyük etsinlər. Nəyə lazımdı bu cıqqılı teatrlar? İrəvan, Gənc Tamaşaçılar, Şuşa tetarları nəyə lazımdır? Yerindən duran ora sənət gətirir, biz də xəcalət çəkirik. Şuşa Teatrı nə edir?".

OXŞAR XƏBƏRLƏR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
İlham Əliyev Malavi Prezidentini təbrik edib
İlham Əliyev Malavi Prezidentini təbrik edib