Azərbaycan İdeyası

AKADEMİK MİLLİ DRAM TEATRINDA QALMAQALLAR SƏNGİMƏK BİLMİR

Tarix:9-02-2017, 10:59
Baxış Sayı:1 208


Xalq artisti Fuad Poladov həmkarı Hikmət Rəhimova qarşı edilən haqsızlığa etiraz əlaməti olaraq Akademik Milli Dram Teatrını tərk etdikdən sonra bu mədəniyyət ocağında qalmaqallar səngimək bilmir. Ötən ilin noyabr ayında prodüser Elşad Əliyev də uzun müddət teatrda işləməsinə baxmayaraq xəbərdarlıq edilmədən işdən çıxarıldığına görə teatrı məhkəməyə vermişdi.
Şamaxı rayonunun Göylər kəndində qeydiyyatda olub hazırda Bakı şəhəri Yasamal rayonu M. Əliyev-28 ünvanda yaşayan Sərdar Rüstəm Mənsur oğlu redaksiyamıza müraciət edərək, əmək hüquqlarının pozulduğundan şikayətlənmişdir: "1999-cu ildə Həsənağa Turabov tərəfindən Akademik Milli Dram Teatrında aktyor heyətinə işə götürülmüşəm. Teatrın səhnəsində müxtəlif səpkili və xarakterli bir sıra rollarım olub. 2012-ci ilin yanvar ayından 2014-cü ilin sentyabr ayınadək heç bir səbəb və əsas olmadan uzun illərimi, həyatımı verdiyim doğma teatrımdan uzaqlaşdırıldım. 2014 -cü ilin sentyabr ayında yenidən teatrın aktyor heyətinə bərpa olundum. 2016-cı il aprel ayının 8-də xəstə vəziyyətimdə yataqdan qaldırılaraq taksi ilə teatra gətirildim. Teatrın truppa rəhbərinin müavini mənə telefonla demişdi ki, "sadəcə gəl, 5 dəqiqə burada görün, sonra gedərsən". Amma mən teatra gələndən sonra teatrın zavtruppası mənə yaxınlaşıb: "Qalxıb hamının yanında Azər (xalq artisti Azər Paşa Nemətov-red.) müəllimdən - direktordan - üzr istəyərsən" - dedi. Mən: "Ağsaqqal kişini aldadımmı? - dedim. - Mən onsuz da o rolu oynamayacağam, Azər müəllimin özünə də demişəm ki, o rol mənim rolum deyil, onu teatra təzə gələn cavanlar oynamalıdır, mənim nə yaşım, nə də sənət təcrübəm və peşəkarlığım bu cür rol üçün deyil..." Bu zaman zavtruppa: "O zaman səninçün pis olacaq!" - dedi. Mən əsəbi və halsız olduğuma görə: "Ver, ərizəmi yazıram" - dedim və işdən azad olundum. Nə teatrın direktoru, nə də həmkarlar şurası məni çağırıb rəyimi nəzərə almadılar, birtərəfli şəkildə məsələyə xitam verərək, məni tutduğum vəzifədən azad etdilər".
Sərdar Rüstəm redaksiyadan xahiş etmişdir ki, məsələni ictimailəşdirməklə, onun 2012-ci ilin yanvar ayından 2014-cü ilin sentyabr ayınadək, eləcə də səbəbsiz işdən çıxarıldığı 2016-cı ilin aprel ayından bu günədək keçən zamana görə ala bilmədiyi maaşa görə kompensasiya ödənilməsinə, habelə yenidən Akademik Milli Dram Teatrının əsas aktyor truppasına bərpa olunmağına köməklik göstərilsin.
Böyük ehtimalla bu məsələ də məhkəmə müstəvisinə gedib çıxacaq.

Xuraman Əhlimanqızı

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda narkotik asılılığı olan şəxslərin sayı açıqlandı
Azərbaycanda narkotik asılılığı olan şəxslərin sayı açıqlandı
Sabirabad rayon prokuroru bələdiyyə sədrinin cəddindən qorxur?
Sabirabad rayon prokuroru bələdiyyə sədrinin cəddindən qorxur?
İmişli rayonunda makroiqtisadi göstəricilər yaxşılaşır
İmişli rayonunda makroiqtisadi göstəricilər yaxşılaşır
Keçmiş polis işçisi lisenziyasız aptek işlədir
Keçmiş polis işçisi lisenziyasız aptek işlədir
70 yaşın işığında...
70 yaşın işığında...
Mehriban Əliyevanın təşəbbüsü ilə ərsəyə gələn “Məzun Evi” sosial layihəsini kimlər korrupsiya dalanına dirəyib
Mehriban Əliyevanın təşəbbüsü ilə ərsəyə gələn “Məzun Evi” sosial layihəsini kimlər korrupsiya dalanına dirəyib
Onun ürəyi xalqıyla döyünür.
Onun ürəyi xalqıyla döyünür.
Xəzər rayon rəhbərliyi I Vitse-Prezidentin göstərişinə məhəl qoymur
Xəzər rayon rəhbərliyi I Vitse-Prezidentin göstərişinə məhəl qoymur