Azərbaycan İdeyası

Space” TV polisə ŞİKAYƏT ETDİ: “O adam adımızdan sui-istifadə edib”

Tarix:24-07-2018, 14:50
Baxış Sayı:517

Space” TV polisə ŞİKAYƏT ETDİ: “O adam adımızdan sui-istifadə edib”


“Space” Müstəqil Teleradio Şirkəti bu telekanala layihələr təqdim etmiş “Azərbaycan Media qrup” təşkilatının rəhbəri Vüqar Ağayevlə bağlı rəsmi açıqlama yayıb.
Teleşirkətdən Modern.az-a verilən açıqlamada deyilir:
“Məlumat üçün bildiririk ki, əvvəlllər “Space” telekanalına layihələr təqdim edərək, müqavilə əsasında verilişlər istehsal etmiş “Azərbaycan Media qrup” təşkilatının rəhbəri Ağayev Vüqar Həsənağa oğlunun barəsində ayrı-ayrı vətəndaşlar tərəfindən onun qanunazidd hərəkətləri haqqında məlumatlar daxil olmağa başlayıb.
Vətəndaşların yazdığı ərizələrdən görünür ki, o, “Space” telekanalının və başqa təşkilatların adından sui-istifadə edərək qanunsuz hərəkətlərə yol verib. “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Qanuna uyğun olaraq, həmən ərizələr “Space” telekanalı tərəfindən aidiyyatı üzrə hüquq-mühafizə orqanlarına göndərilib”
Qeyd edək ki, Vüqar Ağayevin axtarışa verildiyi barədə məlumat yayılıb. Məlumata görə, "Space” TV-də yayımlanan "İşimiz var", "Yerimdəyəm" və "Praym şok" verilişlərinin layihə rəhbəri olmuş V.Ağayev 2017-ci ildən etibarən ayrı-ayrı adamlardan onları işə düzldəcəyinə söz verib, külli mqidarda pul alıb, lakin vədinə əməl etməyib.
Onun 500-dən çox adamı aldatdığı bildirilir.
V.Ağayevin artıq ölkəni tərk etdiyi, xaricə qaçdığı bildirilir. Təxmini hesablamalara görə, telekanal əməkdaşı 500 min manatdan çox pul mənimsəyib. Son nəticə olaraq, zərərçəkənlər aidiyyatı polis bölməsinə gedərək şikayət ərizələri yazıblar.
Teleşirkətin həmin ərizəsini sizə təqdim edirik:

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı