Azərbaycan İdeyası

Uşaq estrada mahnıları festivalı keçiriləcək

Tarix:20-11-2018, 13:34
Baxış Sayı:270

 Uşaq estrada mahnıları festivalı keçiriləcək


Bakıda II "ZİMA" uşaq estrada mahnıları festivalı keçiriləcək. Festivalın təşkilatçısı "Beat Group"dur. Artıq festivalla bağlı hazırlıqlara başlanılıb və yaşı 6-dan 16-dək olan uşaqlar üçün əlavə kastinq elan edilib. Bunun üçün hər hansı bir dildə ən sevimli mahnını oxuyaraq videoya çəkmək və onu (050) 238 08 08 "WhatsApp" nömrəsinə göndərmək lazımdır.
Müraciət təsdiqlənəndən sonra təşkilatçılar "ZİMA"nın potensial iştirakçısı ilə əlaqə saxlayacaq və onu canlı dinləmələrə dəvət edəcəklər. Festival gələn ilin fevralın 16-da Heydər Əliyev Sarayında keçiriləcək və şəhərin mədəni tədbirləri sırasında parlaq bir hadisə olacaq. Festival beynəlxalq səviyyədə olacaq və gecədə Azərbaycan pop ulduzlarının çıxışı gözlənilir.
"ZİMA" müsabiqə deyil, mahnı festivalı olduğundan qalib elan olunmayacaq, hər iştirakçı festivalın diplomuna layiq görüləcək.
Layihə üzərində peşəkar mütəxəssislər qrupu - quruluşçu rejissor, Əməkdar incəsənət xadimi Ülviyyə Könül, musiqi prodüseri Rüstəm Rzayev, vokal müəllimi Ukrayna Əməkdar artisti Rimma Şapovalova çalışır.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı