Azərbaycan İdeyası

Siyavuş Novruzov Elza Seyidcahandan danışdı

Tarix:4-11-2015, 12:40
Baxış Sayı:414

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov 54 saylı Siyəzən-Şabran Seçki Dairəsindən deputatlığa namizəd olan müğənni-bəstəkar Elza Seyidcahanın üzvü olduğu YAP-ın sıralarından xaric ediləcəyi barədə mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.
"Korrupsiya və Qanun" qəzetinin fikrinə istinadən YAP rəsmisi S.Novruzov Publika.az-a açıqlamasında deyib ki, Elza Seyidcahan hələlik partiyanın üzvüdür:
“Bilirsiniz ki, noyabrın 1-də keçirilən Milli Məclisə seçkilərdə partiyanın bir neçə üzvü YAP-ın irəli sürdüyü namizədlərə alternativ olaraq öz namizədliklərini irəli sürüblər. Yəqin ki, bununla bağlı YAP rəhbərliyi yaxın vaxtlarda öz fikirlərini bildirəcək. Ancaq indidən dəqiq deyə bilmərəm ki, bununla bağlı tədbir görüləcək və yaxud görülməyəcək. Hələ bu məsələnin müzakirəsi gündəmdə deyil”.
Xatırladaq ki, bir neçə sayt YAP daxilindəki mənbələrə istinadən 54 saylı Siyəzən-Şabran Seçki Dairəsindən deputatlığa namizəd olan müğənni-bəstəkar Elza Seyidcahanın Yeni Azərbaycan Partiyasının (YAP) sıralarından xaric ediləcəyi ilə bağlı məlumat veriblər. Xəbərdə qeyd edilir ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Elza Seyidcahan seçki öncəsi partiyanın nüfuzuna xələl gətirən çıxışlar edərək, YAP-ın siyasi kursuna zidd mövqe sərgiləyib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı