Azərbaycan İdeyası

Xalq artisti: Prezident və birinci xanımla görüş bizi yeni yaradıcılığa sövq edir

Tarix:4-03-2019, 16:33
Baxış Sayı:285

 Xalq artisti: Prezident və birinci xanımla görüş bizi yeni yaradıcılığa sövq edir


Xoşbəxt o sənətkardır ki, onu həm xalq sevir, həm də dövlət. Biz xoşbəxt insanlarıq ki, bu gün dövlətimizin qayğısı ilə əhatə olunmuşuq. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə bunun bir daha şahidi olduq.
Korupsiya-q.az xəbər verir ki, bunu tanınmış xanəndə, professor, “Şöhrət” ordenli Xalq artisti Səkinə İsmayılova Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə keçirdiyi görüşə münasibətini bildirərkən deyib.
Dövlət başçısının və birinci xanımın mədəniyyət xadimləri ilə görüşünün, qaldırılan məsələlərin, irəli sürülən təkliflərin çox önəmli olduğunu bildirən Xalq artisti qeyd edib ki, ölkə Prezidentin bu həssas yanaşması incəsənət xadimlərini çox sevindirir.
O, qeyd edib ki, hər hansı bir sahədə problem olanda bu məsələ diqqətdən kənarda qalmır, daim nəzarətə götürülür və həll edilir:
“Bu, bizi çox sevindirməklə yanaşı, ruhlandırır və yeni yaradıcılığa sövq edir. Bizə olan diqqət və qayğıdan bəhrələnərək yaşatdığımız bu sənəti gələcək nəsillərə daha etibarlı şəkildə ötürəcəyik”.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı