Azərbaycan İdeyası

11 MART, BƏŞİR SƏFƏROĞLUNUN DOĞULDUĞU GÜNDÜR

Tarix:11-03-2019, 16:25
Baxış Sayı:392

  11 MART, BƏŞİR SƏFƏROĞLUNUN DOĞULDUĞU GÜNDÜR

11 mart, Bəşir Səfəroğlunun doğulduğu gündür
11 mart (1925-1969 ) Azərbaycan teatr və kino sənətinin görkəmli simalarından biri, bənzərsiz gülüş ustası, xalq artisti Bəşir Səfəroğlunun doğulduğu günüdür.
Bəşir Səfəroğlu (Səfərov Bəşir Səfər oğlu) 1925-ci ildə Bakıda dünyaya göz açıb. O, sanki körpəliyindən əzablı ömür yaşamağa məhkum edilib. Yeddinci sinifdən sonra ailə vəziyyətinin ağırlığı ilə əlaqədar məktəbdən uzaqlaşmalı olub. On dörd yaşında ikən sürücülər klubunun dram dərnəyinə gedib. Birpərdəli məsxərələrin tamaşalarında kiçik rollarda oynayıb.
1941-ci ilin sonunda müharibəyə yollanan Bəşir 1942-ci ildə ağır döyüşlərin birində kontuziya alaraq ordudan tərxis edilib. Bu zaman onun dili tutulmuş, qulaqları isə ağır eşitməyə başlayıb. Bir müddət fəhlə, yük maşınının sürücüsü işləyib.
Rejissor Niyaz Şərifov ona müntəzəm olaraq teatr tamaşalarına gəlməyi məsləhət görür. O, tamaşalara baxmağa başlayır. Bir müddət sonra isə gənc Bəşiri truppaya aktyor qəbul edirlər. Yaradıcılıq ehtirası ilə çırpınan Bəşir Səfəroğlu həyəcanlanır, daxili iztirablar keçirir. Həyatının bu gərgin çağlarında o, yuxuda bərk həyəcanlanır və bu an möcüzə baş verir. Bəşir Səfəroğlunun dili açılır.
Həmin vaxtdan onun zəngin aktyorluq tarixçəsi başlayır. İlk əvvəl Üzeyir Hacıbəylinin və Zülfüqar Hacıbəyovun klassik operettalarında, əsasən isə çağdaş dramaturq və bəstəkarların musiqili komediyalarında müxtəlif xarakterli, satirik, yumoristik, məzhəkəli rollarda çıxış edir.
Bu gün adı dillər əzbəri olan görkəmli aktyorun səhnə yaradıcılığında Möhsün (“Beş manatlıq gəlin”), Qaradavoy və Çiko (“Keto və Kote”), Qoçu Əsgər və Məşədi İbad (“Məşədi İbad”), Uzun və Nəcəf (“Durna”), Qədir və Gülümsərov (“Ulduz”), Səlyanski və Qəhrəman (“Gözün aydın”), Ohan yüzbaşı və Hacı Qara (“Xəsis”), Kazbek (“Kəndimizin mahnısı”), Şulu, Muxtar bəy (“Əlli yaşında cavan” və “Evliykən subay”), Mir İsmayıl (“Qızıl axtaranlar”), Baləmi (“Rəisin arvadı”), Qiya (“Tiflis nəğməsi”), Əli Dinməzov (“Bir dəqiqə”), Hacı Kərim (“Hacı Kərimin Aya səyahəti”), Qoçu (“Keçmişin məişət səhnələri”), Nadir və Azay (“Qızılgül”), Murtuzov, Dayandur, polis rəisi (“Özümüz bilərik”, “Olmadı elə, oldu belə” və “Milyonçunun dilənçi oğlu”), Firuzbala (“Altı qızın biri Pəri”), Səbrəli (“Bizə bircə xal lazımdır”), Əsgər Nəcəfoviç (“Ləpələr”) və s. rollar xüsusi yer tutur.
Bəşir Səfəroğlu istedadlı kino aktyoru kimi də yaddaqalan obrazlar yaratmışdır. Onun “Azərbaycanfilm”in istehsal etdiyi “Əhməd haradadır?” və “Ulduz” filmlərində Sərxoş və Gülümsərov, “Tacikfilm”in çəkdiyi “Xoca Nəsrəddinin 12 qəbri” kinolentində Xacə Nəsrəddin rolları görkəmli aktyora ümumxalq məhəbbəti qazandırıb.
Yaşlı nəslin nümayəndələri ötən əsrin altmışıncı illərinin ortalarında Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında yaradılan “Gəlməli, görməli, gülməli” miniatür teatrının fəaliyyətini yaxşı xatırlayırlar. O zamanlar tamaşaçıların böyük rəğbətini qazanmış bu kollektivdə Bəşir Səfəroğlu bu gün də aktuallığını qoruyub saxlayan onlarla satirik obraz yaradıb.
Qısa, lakin mənalı ömür yaşamış unudulmaz gülüş ustasının parlaq yaradıcılığı layiqincə qiymətləndirilmişdir. Bəşir Səfəroğlu Azərbaycan Respublikasının Xalq Artistidir. Rejissor Rauf Kazımovski görkəmli gülüş ustası Bəşir Səfəroğlu haqqında eyniadlı bədii-sənədli televiziya filmi çəkmişdir. Bakının mərkəzi küçələrindən biri onun adını daşıyır.
Şöhrətli sənətkar yaradıcılığının çiçəkləndiyi bir vaxtda – 1969-cu il martın 23-də dünyasını dəyişmişdir.
Allah rəhmət eləsin! [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
Azərbaycanda icra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI - FOTO
Azərbaycanda icra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI - FOTO
TƏBRİK EDİRİK!
TƏBRİK EDİRİK!
Adil Əhmədov - 70
Adil Əhmədov - 70
Məhkəmə hakimi “Ginnesin Rekordlar Kitabı”na düşməyə çalışıb
Məhkəmə hakimi “Ginnesin Rekordlar Kitabı”na düşməyə çalışıb
Uğursuz “jurnalist” qovulduğu qəzetə qarşı qarayaxma kampaniyası aparır
Uğursuz “jurnalist” qovulduğu qəzetə qarşı qarayaxma kampaniyası aparır
Vurduğu təsdiqlənməyən maddi ziyanı nə məqsədlə anasına ödətdirirdilər?
Vurduğu təsdiqlənməyən  maddi  ziyanı nə məqsədlə anasına ödətdirirdilər?