Azərbaycan İdeyası

Aybəniz Haşımova "Space" kanalındakı söyüşdən yazdı: "Neçə ilərdir ki..."

Tarix:9-04-2019, 12:11
Baxış Sayı:194

 Aybəniz Haşımova "Space" kanalındakı söyüşdən yazdı: "Neçə ilərdir ki..."

“Neçə ilərdir ki, Anarı şəxsən tanıyıram. Və ona dəyərli bir insan kimi böyük hörmətim var. Anar və eləcə də heç bir aparıcı canlı yayımda baş verəcək hadisələrə “qarant” ola bilməz".
Korrupsiya-q. az xəbər verir ki, bu sözləri əməkdar artist Aybəniz Haşımova “Space” kanalında yayımlanan "Hər səhər" verilişindən qovulan aparıcı Anar Vaqifoğlu haqqında yazıb. Sənətçi instaqram vasitəsilə kanalın rəhbəri Vaqif Mustafayevə müraciət edib. O, qeyd edib ki, “Hər səhər” verilişində Rüfət Axundov və Rəşad İlyasovun qeyri-etik ifası aparıcı Anar Vaqifoğlunun işdən çıxarılmasına səbəb olub:
"Mənim üçün Rəşad İlyasov və Rüfət Axundov çox əzizdirlər. Kaş ki, belə olmayaydı. Amma insan yıxılır, ölür və olacağa nə çarə... Allah da bağışlayanları sevir. Anarın günahsız yerə qurban getməsi məni çox incidir. Ona görə də dəyərli Vaqif Mustafayevdən xahiş edirəm ki, Anarın günahsız yerə qurban getməsinə imkan verməsin. Rəşad və Rüfətin dolanışıq yerləri var. Anar və orada çalışan rejissorun uşaqlarının ümid yeri yalnız Space TV və FM-dir”. Əməkdar artist belə deyib".
Qeyd edək ki, Rüfət efirdə fonoqramla xalq mahnısını oxuyarkən sözlərini dəyişərək qeyri-etik ifadələr işlədib. Səs rejissorunun mikrofonu bağlamağı unutması nəticəsində söyüş efirə gedib. Nəticədə aparıcı və verilişin texniki heyəti işdən uzaqlaşdırılıb, həmçinin Rüfət Axundova kanallarda qadağa qoyulub.
MTRŞ isə aprelin 5-də kanal rəhbərliyinin iştirakı ilə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 5-8 min manat cərimə olunması ilə bağlı protokol tərtib edib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı