Azərbaycan İdeyası

Aparıcı Mikayıl tamaşaçını duelə çağırdı

Tarix:24-12-2015, 16:57
Baxış Sayı:440

Aparıcı Mikayıl tamaşaçını duelə çağırdı




"Korrupsiya və Qanun" saytı bildirir ki, "Space" televiziyasında yayımlanan "Sevimli şou" və "Məhəbbət əhvalatları" verilişlərinin aparıcısı Mikayıl Güləddinoğlu big.az-a danışıb. "Niyə sizi ciddi aparıcı kimi qəbul etmirlər" sualına Mikayıl belə cavab verib:
"Mən ciddi aparıcıyam. Kim deyir bunu? Şərhlərdə belə yazanlara nə deyim... Sadəcə, verilişlərin formatları fərqlidir. Televiziyanın göstərdiyi istiqamətdə getmək bizim borcumuzdur. Apardığım verilişlərin istiqamətləri başqadır. Haqqımda artıq-əksik danışan adamları mən vecimə almıram. Hamının haqqında yazırlar. Həmin o haqqımda danışanlardan biri ortaya çıxıb mənimlə savad mübarizəsi apara bilərmi? Əlbəttə, bilməz.
Əgər el-oba, xalq məni sevməsə, mən bu gün aparıcı missiyasını daşımaqdan əl çəkərəm. Məni qəbul edirlər. Hansısa bir televiziyada bir veriliş göstərin mənə 500-600 fərqli-fərqli tamaçıları olsun. Əgər bu dediyimə şübhəsi olan varsa, gəlsin Space telekanalının qabağına. Gəlib görsünlər ki, nə qədər tamaşaçı xahiş edir ki, məni Mikayılın verilişinə, içəri buraxın. Verilişə gələn nə əmimdir, nə xalamdır, nə də ki dayımdır. Doğmadan söhbət gedir. Yəni, bu qədər camaatın rəyini nəzərə almaq olmazmı? Camaat qalıb bir tərəfə, 6-7 nəfərin iradlarınamı önəm verəcəyəm?"
Aparıcı bildirib ki, Milli Televiziya və Radio Şurasının iradlarını nəzərə alacaq və hər bir göstərişə əməl edəcək:
"Təbii ki, iradlarla bağlı hər bir göstərişə əməl etməliyik və edəcəyik. Verilişlərin bağlanmasına gəlincə onu mən deyə bilmərəm, rəhbərlik deyə bilər. Bir məsələni deyim, o şərh yazanlar ki var, nə olar ki, onlardan bir nəfər ad və soyadı ilə gəlsin ki, mən filankəsəm. Əgər özünü savadlı sayırsa, fikir mübadiləsi aparsın mənimlə, duelə çağırıram. Əgər mən sənin qabağında fizika, kimya, dünya ədəbiyyatı, dünya musiqisindən səndən az bilsəm, onda deyərəm ki, bəli sən haqlısan. Xahiş edirəm ki, qeyd edin ki, şərh yazanlar öz ad familiyalarını qeyd edib yazsınlar. 37 yaşım var, kimsə saxta profillləri ilə məni söyməsin".

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı