Azərbaycan İdeyası

Elşad Barat Yazıçılar Birliyinin üzvlüyündən çıxarıldı - Gənc yazardan ilk açıqlama...

Tarix:19-06-2019, 14:29
Baxış Sayı:163


AYB-dən xaric olunduğumu mətbuatdan oxudum və dəqiqləşdirmək üçün Birlik sədri, xalq yazıçısı Anar müəllimə zəng etdim”
img
“Anar müəllim məni Yazıçılar Birliyinə dəvət etdi”

Gənc yazar Elşad Baratla Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, xalq yazıçısı Çingiz Abdullayev arasında baş verən qalmaqal, söz dueli gənc yazarın AYB üzvlüyündən kənarlaşdırılması ilə nəticələnib.
Mətbuatın yazdığına görə, AYB-də keçirilən mühüm iclasda gənc şair Elşad Baratın Azərbaycan Yazıçılar Birliyindən xaric edilməsi barədə qərar verilib.
AYB-dən bildirilib ki, Katibliyin toplantısında AYB üzvü Elşad Baratın nalayiq hərəkətlərilə bağlı məsələ müzakirə edilib. Qərara alınıb ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elşad Barat sosial şəbəkələrdə mərhum şair və yazıçıların xatirəsini təhqir etdiyi, yazıçılara şər-böhtan atdığı üçün Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən xaric edilsin.
Birliyin qərarı ilə bağlı baki-xeber.com-a açıqlama verən Elşad Barat bildirdi ki, AYB üzvlüyündən xaric edilməsi ilə bağlı xəbəri mətbuatdan oxuyub. Onun sözlərinə görə, Birlikdən xaric edilməsinə səbəb bir neçə gün əvvəl baş verən hadisə olub: “Bir neçə gün öncə sosial şəbəkədə paylaşılmış və yazıçı Çingiz Abdullayevə məxsus olduğu iddia olunan maşın şəkli gördüm, diqqətimi çəkdi, mən də hər kəs kimi istər-istəməz yazılanların bir insan kimi təsiri altına düşdüm və vaxtı ilə Zaur Baxışəliyev, Xoşqədəm Hidayətqızı, hətta Anar müəllimin öz qızı Günel xanımın və s. maşınları haqqında da şəkil-məlumat dərc edilmişdi deyə, bu məsələni normal hesab edib, həm də bir şair kimi hisslərimə qapanıb şairanə münasibətimi bildirdim. Təəccüblü məqam budur ki, xalq yazıçısı, PEN Klubun sədri, "Nefçi"də şura sədri, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri və özü müsahibəsində dediyi kimi başqa 33 təşkilatın sədri Çingiz Abdullayev, həmin şəkilin altında şəxsən fikirlərini yazaraq alçaldıcı ifadələrlə məni böhtançı, alçaq, vicdansız və bu kimi sözlərlə təhqir etdi. İndi də özümə inana bilmirəm ki, hələ də bu təhqirlərə qanun çərçivəsində cavab verməmişəm. Amma lazım gələrsə...
Bu hadisədən bir gün sonra AYB-dən xaric olunduğumu mətbuatdan oxudum və dəqiqləşdirmək üçün Birlik sədri, xalq yazıçısı Anar müəllimə zəng etdim. Anar müəllim məni Yazıçılar Birliyinə dəvət etdi. Onu da bu aralıqda deyim ki, Çingiz Abdullayev bildirib ki, maşınının şəklini paylaşdığıma görə, məni məhkəməyə verəcək, qoy versin. Bəs mən, həm Çingiz Abdullayev, həm də Rəşad Məcid tərəfindən sərt şəkildə təhqir olunduğuma görə, kimləri məhkəməyə verməliyəm?” - deyə gənc yazar bildirdi.
Qeyd edək ki, E.Barat sözügedən məsələ ilə bağlı bizə geniş açıqlama verib. Gənc yazarın fikirləri ilə tam olaraq sabah saytımızda yayımlanacaq geniş yazıda tanış ola bilərsiniz.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı