Azərbaycan İdeyası

"Yoldaşım toya getməyimə icazə vermir" – 5 uşaq anası Bəyimxanım Vəliyeva – VİDEO

Tarix:1-07-2019, 13:52
Baxış Sayı:184




Korrupsiya-q.az bildirir ki, ARB TV-nin "Boş anlar" proqramının növbəti qonağı əməkdar artist Bəyimxanım Vəliyeva olub.

Xanəndə ailə qurarkən həyat yoldaşının hansı cəhətlərinə önəm verdiyindən bəhs edib:
"Evlənərkən həyat yoldaşımın ən əsası, insanlığına, məni başa düşməyinə önəm verdim. Belə bir deyim var, adam kimi adam idi. Ailə quranda hakim bizdən soruşur ki, acısı ilə, şirini ilə hər şeyə şərik olmağa razısınızmı? Biz də deyirik, bəli. Amma gedişatda narazılıqlar olur. Yoldaşım qazana bilmir, filan deyilir. Başa düşmürlər ki, bu insandır. Axı o da istəyər ki, ailəsini yaxşı saxlasın. Ümumiyyətlə gənc yaşlarımdan çox var-dövlətdən qorxmuşam. Birdən çox imkanlıya gedərəm, sonra rahat yata bilmərəm. İstəmişəm ki, orta gəlirim olsun. Əsas ailəmin, övladlarımın canı sağlam olsun".
Söhbət zamanı Bəyimxanım Vəliyeva həyat yoldaşının ona qoyduğu qadağalardan da danışıb:
"Qadınlar həyat yoldaşının dilini tutmağı bacarmalıdır. Addımı atanda bilirsən ki, onun bu hərəkətdən xoşu gəlir, ya yox. Xoşa gəlməyən hərəkətlə uçuruma getdiyini bilirsən, demək ki, bilərəkdən edirsən. Ailənin təməlli olmağını istəyirsənsə, bəlli şeylərə sərhəd qoymalısan. Evlənməzdən öncə el şənliklərinə gedirdim. Evlənəndən sonra yoldaşım toya getməyimi istəmədi, mən də getmirəm. Əlbəttə, bu, maddi olaraq yaxşı idi, indi də olsaydı ailəyə dəstək olardım".

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı