Azərbaycan İdeyası

“Azərbaycan məktəbi” jurnalının yubileyi qeyd olundu

Tarix:12-07-2019, 11:55
Baxış Sayı:198


İyulun 12-də “Azərbaycan məktəbi” jurnalının 95 illiyi münasibətilə yubiley tədbiri keçirilib.

Korrupsiya-q.az Publika.az - istinadla xəbər verir ki, yubiley tədbirində Təhsil naziri Ceyhun Bayramov, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkilləri, AMEA-nın üzvləri, ali təhsil müəssisələrinin rəhbərləri, təhsil ekspertləri, müəllim-professor heyəti, media nümayəndələri və digər şəxslər iştirak ediblər.

Tədbirdən əvvəl iştirakçılar jurnalın 95 illik fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar.

Tədbirdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib ki, “Azərbaycan məktəbi” jurnalı 95 illik fəaliyyəti dövründə ilk elmi-pedaqoji jurnal kimi ölkəmizdə xalq maarifinin inkişafında, pedaqoji və psixoloji elmlərin təşəkkülü və formalaşmasında müstəsna rol oynayıb.

Nazir ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə “Azərbaycan məktəbi” jurnalının inkişaf dövrünü xüsusi vurğulayıb.

Ceyhun Bayramov qeyd edib ki, “Azərbaycan məktəbi” jurnalı Azərbaycan müəllimlərinin peşəkar inkişafına, bilik və bacarıqlarının artırılmasına, yeni təlim texnologiyalarının təbliğinə böyük töhfələr verib.

Nazir bu jurnalın əsasını qoyanların, onun inkişafına təkan vermiş insanların xatirəsini minnətdarlıqla yad edib. Nazir həmçinin, “Azərbaycan məktəbi”nin elmi jurnalların beynəlxalq standartlara uyğunlaşdırılması baxımından əsaslı şəkildə yeniləndiyini diqqətə çatdırıb.

Jurnalın elektron arxivinin yaradılmasının xüsusi əhəmiyyətini qeyd edən Təhsil naziri bu mətbu orqanının kollektivini yubiley münasibətilə ürəkdən təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

“Azərbaycan məktəbi” jurnalının baş redaktoru Rahil Nəcəf jurnalın tarixi, qısa müddətdə görülən işlər barədə məlumat verib.

Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, uzun illər jurnalın baş redaktoru işləmiş, qabaqcıl təhsil işçisi Nəcəf Nəcəfov çıxış edərək “Azərbaycan məktəbi” jurnalının ölkəmizin təhsilində oynadığı mühüm roldan danışıb, kollektivə uğurlar arzulayıblar.

Tədbirdə “Azərbaycan məktəbi jurnalı – 95” adlı sənədli film nümayiş olunub.

Sonda jurnalın əməkdaşlarına səmərəli fəaliyyətlərinə görə Təhsil Nazirliyinin Fəxri fərmanı təqdim olunub

OXŞAR XƏBƏRLƏR
Kəmaləddin Heydərovun iki müavini vəzifədən azad olundu
Kəmaləddin Heydərovun iki müavini vəzifədən azad olundu
Minimum əməkhaqqı məbləğinə hər il azı bir dəfə yenidən baxılacaq
Minimum əməkhaqqı məbləğinə hər il azı bir dəfə yenidən baxılacaq
Prezident BMT-nin "Kibercinayətkarlığa qarşı" Konvensiyasını təsdiqləyib
Prezident BMT-nin "Kibercinayətkarlığa qarşı" Konvensiyasını təsdiqləyib
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
"Beşiktaş"ın futbolçusunun vurduğu qol tarixə düşdü - VİDEO
"Beşiktaş"ın futbolçusunun vurduğu qol tarixə düşdü - VİDEO
Hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ
Hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ
Peyvənd vurulan körpə öldü
Peyvənd vurulan körpə öldü
Bakıda məşhur klinika 20 min manat cərimələndi - Səbəb
Bakıda məşhur klinika 20 min manat cərimələndi - Səbəb