Azərbaycan İdeyası

"22 iyul varisi" olan media qurumları və jurnalistlərin adları - SİYAHI

Tarix:22-07-2019, 16:16
Baxış Sayı:150


Milli mətbuatın yaradılmasının 144-cü ildönümü ilə bağlı Parlament Jurnalistləri Birliyinin (PJB) üzvləri arasında sorğu keçirilib. PJB sədrinin müavini Aqil Aslan "Olaylar"a bildirib ki, sorğuda 52 jurnalist iştirak edib. İştirakçılar 22 iyul Milli Mətbuat Günü münasibətilə keçirilən sorğuda Zərdabiçilik ənənələrinin qorunması, irs-varislik, peşəkarlıq və s. prinsiplərinin mühafizəsi kimi meyarlardan çıxış edərək, qalibləri - "22 iyul varisi" adına layiq olanları - müəyyənləşdiriblər. Respondentlərin rəyi nəticəsində Azərbaycanda "22 iyul varisi" olan televiziya, agentlik, sayt, qəzet, jurnal, radio, o cümlədən qəzet, televiziya və sayt jurnalistləri müəyyənləşib.
Beləliklə, "22 iyul varisi" adına layiq görülən media qurumları və jurnalistlərin siyahısını təqdim edirik: Telekanallardan Azad Azərbaycan Televiziyası (ATV), agentliklərdən Trend, qəzetlərdən "Türküstan", saytlardan "Moderator.az", jurnallardan "Ulduz", radiolardan "ASAN RADİO", telejurnalistlərdən REAL TV-nin əməkdaşı Ləman Əliəşrəfqızı, qəzet jurnalistlərindən "Yeni Müsavat" qəzetinin əməkdaşı Sevinc Telmanqızı, sayt jurnalistlərindən "Lent.az"ın əməkdaşı Səbuhi Məmmədli "22 iyul varisi" nominasiyasının qalibi olublar. Media qurumlarını və həmkarlarımızı təbrik edirik!

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı