Azərbaycan İdeyası

Narkoloji Mərkəzin işçini iki əmrlə bir vəzifədən çıxarma təcrübəsi-FOTO

Tarix:1-08-2023, 15:38
Baxış Sayı:179

Narkoloji Mərkəzin işçini iki əmrlə bir vəzifədən çıxarma təcrübəsi-FOTO
Bakı şəhəri, Xətai rayonu, gen. Mehmandarov küçəsi, ev 72, mənzil 77 ünvanda yaşayan Əliyeva Cəmilə Arif qızı ərizə ilə “Korrupsiya və Qanun” qəzeti redaksiyasına müraciət edərək, əmək qanunvericiliyinin tələblərinin pozulması ilə müşayiət olunan hüqupozmaya məruz qaldığını bildirmişdir.
Vətəndaş C.Əliyeva yazır ki, 20.12.2021-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən, Səhiyyə Nazirliyinin nəzdindəki Narkoloji Mərkəzdə bufetçi vəzifəsinə işə düzəlibmiş: “10.01.2023-cü ildə dördüncü şöbənin müdiri İsayev Səfiyar bizi – yəni, bufet işçilərini yanına çağıraraq həftənin bazar günü işə çıxmağımızı tələb etdi. Biz buna etiraz etdikdə, “işləmirsinizsə, işdən azad olunmaq barədə ərizənizi yazın” dedi. Mən də işdən azad olunacağım təqdirdə şikayət edəcəyimi bildirdim. Bir ay ərzində heç bir səs çıxmadı. 27.02.2023-cü ildə məni yaşadığım evimdən çağırdılar. Bildirdilər ki, siz bufetdən oğurluq etmisiniz. Bazar günü işləmədiyimiz üçün bizi şərlədiklərini başa düşdüm. Müəssisənin baş həkimi Cəfərov Orxan Rasim oğlu bizi otağılna çağıraraq, oğurluq etdiyimizi, bizi dinləməyəcəyini bildirdi, şərəf və ləyaqətimizi alçaldaraq bizi otaqdan qovdu. Mən ona bildirən də ki, “sizdən şikayət edəcəm” dedi ki, “get, kimə istəyirsən de”.
Şikayətçi yazır ki, onunla müqaviləyə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) bəndinə əsasən 01.03.2023-cü il tarixdə xitam verilib. Bundan sonra Mediasiya Şurasının Bakı 12 saylı Mediasiya Təşkilatına müraciət edib və ilkin mediasiya baxışında ona maddəni dəyişməyi təklif ediblər. O, bu təkliflə razılaşmayıb və bu halda deyiblər ki, “biz səhv etmişik, maddəni dəyişək, əks halda sizi prokurorluğa verəcəyik, başınız ağrıyacaq”.
Problemin ictimailəşdirilməsini redaksiyadan xahiş edən C.Əliyeva həmçinin biuldirmişdir ki, həftənin qeyri-iş günlərində müəssisəyə baxış keçirilsə, orada bir neçə mətbəx işçisinin işə çıxdığının şahidi olmaq mümkündür.
Məsələ burasıdır ki, Narkoloji Mərkəzin rəhbərliyi Səhiyyə Nazirliyinə və Dövlət Əmək Müfəttişliyinə verdiyi məlumatda 27.02.2023-cü il tarixdə keçirilmiş yoxlama nəticəsində xəstəyə məxsus ərzağın Cəmilə Əliyevanın dolabında aşkarlandığını bildirmiş və bunu oğurluq kimi qələmə vermişdir. Halbuki, bu məsələdə xəstənin özünün izahatı alınmamışdır və həmdə aidiyyatı dövlət orqaları məlumatlı idilər.
Maraqlıdır, əgər C.Əliyeva mediatorun vasitəçiliyi ilə qarşı tərəfin barışıq təklifi ilə razılaşsaydı, Narkoloji Mərkəzin rəhbərliyi onun işdən çıxarılma barədə əmrini necə dəyişəcəkdi, əmək kitabçasındakı qeydləri saxtalaşdıracaqdımı?
Mövzuya qayıdacağıq.
Narkoloji Mərkəzin işçini iki əmrlə bir vəzifədən çıxarma təcrübəsi-FOTO
https://www.youtube.com/watch?v=b_T0nxvS6OA

OXŞAR XƏBƏRLƏR
İmişli İcra və Probasiya Şöbəsi borclulara niyə “humanist” yanaşır?
İmişli İcra və Probasiya Şöbəsi borclulara niyə “humanist” yanaşır?
TƏCİLİ: Mehdiyev işi ilə bağlı HƏBSLƏR BAŞLADI - FOTO
TƏCİLİ: Mehdiyev işi ilə bağlı HƏBSLƏR BAŞLADI - FOTO
Ramiz Mehdiyevin gizli “prinsi” hədəfdə: Həbs olunan icra başçısını vəzifəyə "qudası" Mikayıl İsmayılov təqdim edib – ŞOK MƏLUMATLAR
Ramiz Mehdiyevin gizli “prinsi” hədəfdə: Həbs olunan icra başçısını vəzifəyə "qudası" Mikayıl İsmayılov təqdim edib – ŞOK MƏLUMATLAR
DTX Balakəndə əməliyyat keçirir - İcra başçısı saxlanıldı+VİDEO
DTX Balakəndə əməliyyat keçirir - İcra başçısı saxlanıldı+VİDEO
Ramiz Mehdiyev, Akif Əlizadə və İsa Həbibbəyli prokurorluqda dindirilib
Ramiz Mehdiyev, Akif Əlizadə və İsa Həbibbəyli prokurorluqda dindirilib
Ramiz Mehdiyevə verilən bütün fəxri adlar, ordenlər silindi+VİDEO
Ramiz Mehdiyevə verilən bütün fəxri adlar, ordenlər silindi+VİDEO
“Gəlin 7 aylıq hamilə imiş..."
“Gəlin 7 aylıq hamilə imiş..."
Sürətli beyin qocalmasının səbəbi MƏLUM OLDU
Sürətli beyin qocalmasının səbəbi MƏLUM OLDU