Azərbaycan İdeyası

Şəkərin şirin dilinə aldandı...

Tarix:1-08-2023, 15:42
Baxış Sayı:163

İcarə bazarı sivil münasibətlərə maraqlıdır və tərəflərin əksəriyyəti etiraf edir ki, düzgün tərtib edilmiş müqavilə mübahisə yarandıqda onların maraqlarını qorumağa kömək edəcək. Amma hansı müqavilə bağlamaq qərəklidir — icarə və ya kirayə? Bildirək ki, bu, eyni şey deyil.
İcarəyə verən icarəçiyə əmlakdan istifadə ilə yanaşı gəlir götürmək hüququ da verir. Kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
Yəni, kirayə müqaviləsindən fərqli olaraq icarə müqaviləsinin predmetini bəhər və gəlir verə bilən obyektlər təşkil edir.
Müştəri axtardığı obyekti kirayəyə, yoxsa, icarəyə götürmək istədiyini yaxşı bilir və mülkiyyətçiyə də fikrini dəqiq deyir ki, o, obyektdən sadəcə istifadə edəcək, yoxsa, gəlir götürəcək. Mülkiyyətçi də obyekti kirayəyə, yoxsa, icarəyə vermək niyyətini müştəriyə açıq bildirməlidir. Bu müstəvidə aydınlıq gətirilməyən şərtlər sonradan ciddi mübahisələrə səbəb olur.
Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Natəvan küçəsi, ev – 31 ünvanda yaşayan Əliyeva Vüsalə Şəmsəddin qızı “Korrupsiya və Qanun” qəzeti redaksiyasına müraciət edərək bildirir ki, tədris mərkəzi işlətmək üçün yer axtararkən Şəkər adlı şəxs ona özünə məxsus obyekti olduğunu və icarəyə vermək istədiyini demişdir. Yazır ki, tərəflər olaraq ilk iki ayda 700 (yeddi yüz), sonrakı aylarda iusə 800 (səkkiz yüz) manat icarə haqqı ödəniləcəyini razılaşıblar. Bütövlükdə mart ayı boyunca obyekt yiyəsi orada təmir işi aparıb, aprelin 1-də təhvil verməyi boynuna götürsə də, təmir yubandığına görə, yalnız aprelin 10-da icarəçiyə verə bilib.
Sonradan məlum olub ki, tədris mərkəzi kimi istifadə olunacaq evin heç sənədləri qaydasında deyilmiş, kommunal xidmətlərlə təminat məsələsində də problemi varmış. Suyu kəsilibmiş. Bu halda V.Əliyeva rəsmi müqavilə bağlaya bilməyəciyini yəqin etdiyinə görə icarə münasibətinə son qoymaq qərarına gəlib və birinci icarə ayının başa çatdığı may ayının 10-da 650 (altı yüz əllli) manat pulu icarədara verib. Kəsirdə qalan 50 (əlli) manat pulu isə icarədara məxsus soyuducunu təmir etdirdiyinə görə hesabdan çıxdığını bildirib. Qərarını icarədara bildirəndən sonrakı gün qiyməti ümumilikdə 8000 (səkkiz min) AZN olan əşyalarını (aprel ayında gətirdiyi mebelləri, xalçaları, noutbuk, printer, kamera və s.) götürməyə gedəndə qapının açarının dəyişdirildiyini görüb. Səbəb soruşanda icarədar ondan daha 700 (yeddi yüz) manat pul istəyib. İcarəçi bu tələbi əsassız hesab etdiyi üçün Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vurub şikayət edib. Ona Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən zəng gəlib və bölməyə dəvət edilərək izahatı alınıb. O vaxtdan indiyədək heç bir nəticə olmadığını deyən V.Əliyeva məsələnin ictimailəşdirilməsini redaksiyadan xahiş etmişdir.
Mövzuya qayıdacağıq.

OXŞAR XƏBƏRLƏR
İki yeniyetməni zorladı, onlardan biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT.
İki yeniyetməni zorladı, onlardan biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT.
Azərbaycan Respublikasınin Aile Qadın və Uşağ Problemləri komitəsinə Bahar Xanım Muradovaya Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
Azərbaycan Respublikasınin Aile Qadın və Uşağ Problemləri komitəsinə Bahar Xanım Muradovaya   Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
Azərbaycan Respublikasınin Ədliyyə Naziri Cənab Fərid Əhmədova Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
Azərbaycan Respublikasınin Ədliyyə Naziri Cənab Fərid Əhmədova   Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
Azərbaycan Respublikasınin Xarici İşlər Naziri Cenab Ceyhun Bayramova Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
Azərbaycan Respublikasınin Xarici İşlər Naziri Cenab Ceyhun Bayramova   Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
İran İslam respublikasının Prezidenti Cənab Məsud Pezeskiana Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
İran İslam respublikasının Prezidenti Cənab Məsud Pezeskiana   Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
Azərbaycan Respublikasınin Xarici İşlər Naziri Cenab Ceyhun Bayramova Bakı Şəhəri Sabunçu Rayonu Mastaga Qesebesi Axund Mir Elekber kuc 17/ 40 da yasayan Azer Aga oglu Agayev terefinden 00994775003111 Ərizə

Bakı bazarlarında qaymaq qıtlığı - Ancaq sifarişlə gətirilir
Bakı bazarlarında qaymaq qıtlığı - Ancaq sifarişlə gətirilir
ADNSU-nun rektoru saxta profil açaraq hirş indeksini süni şəkildə şişirdirmiş...
ADNSU-nun rektoru saxta profil açaraq hirş indeksini süni şəkildə şişirdirmiş...