Azərbaycan İdeyası

İki müharibənin qalib şəhidi

Tarix:1-08-2023, 16:27
Baxış Sayı:192

İki müharibənin qalib şəhidi
Vətən müharibəsində qanları ilə tarix yazan və canları ilə o müqəddəs torpaqlara qayıdışı təmin edən şəhidlərimizdən biri də Bəhruz Hüseynovdur.
Bəhruz Yavər oğlu Hüseynov 1994-cü il yanvarın 17-də Salyan rayonunun Birinci Varlı kəndində doğulub. Sonradan ailəsi ilə birlikdə Yolüstü kəndinə köçən B.Hüseynov Azərbaycan Texniki Universitetinin məzunu olub. 2015-ci ildə bakalavr səviyyəsini bitirir və həmin ilin iyulunda hərbi xidmətə başlayır. Hərbi xidmətdə tank taborunda tuşlayıcı operator olub. Riyazi savadı ona bu vəzifənin sirlərini dərindən öyrənməyə imkan verir. Bilik və bacarığı sayəsində komandir və əsgər yoldaşları arasında böyük hörmət qazanır.
2016-cı il Aprel döyüşləri zamanı Tərtər istiqamətində gedən savaşlarda fəal iştirak edib. Onun dəqiq hesablamaları sayəsində tanklarımız düşmən mövqelərini darmadağın edir. Həmin ilin iyulunda xidmətini başa vurur və qalib əsgər kimi evinə qayıdır.
2020-ci ilin sentyabrında “Sundance Servis” neft emalı zavoduna mühəndis kimi təyin olunaraq 20 gün işləyən Bəhruza ilk maaşını almaq da qismət olmadı. 2020-ci il sentyabrın 21-də könüllü olaraq təlimlərə, Vətən müharibəsinin başladığı sentyabrın 27-dən isə tank taborunda döyüşlərə qatıldı.
Bir tankçı kimi Füzuli, Cəbrayıl və Hadrut istiqamətində gedən döyüşlərdə düşmənin xeyli texnikasını və canlı qüvvəsini məhv edib. Göstərdiyi bacarığına görə komandiri kapitan Ülvi Hüseynovun yaxın silahdaşına çevrilən Bəhruz döyüşlərdə həmişə onunla çiyin çiyinə vuruşur.
2020-ci il oktyabrın 19-da Xocavənd rayonunun Düdükçü kəndi ətrafındakı yüksəkliklərin azad edilməsi uğrunda gedən qanlı savaşlarda düşmənin atdığı minaatan mərmisi nəticəsində şəhidlik zirvəsinə ucalıb. Ondan bir neçə gün sonra çiyin-çiyinə döyüşdüyü komandiri kapitan Ülvi Hüseynov da qəhrəmancasına şəhid oldu.
B.Hüseynov ölümündən sonra “Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə", “Cəsur döyüşçü” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Ötən il doğum günündə (17.01.2022) Yolüstü kəndində xatirəsinə ucaldılmış abidənin açılışı olub. Açılış mərasimində şəhidin doğmaları, yaxınları, rayon icra hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə Bəhruz Hüseynovun qısa, lakin şərəfli və qəhrəmanlıqla dolu ömür yolundan söz açılıb.
26 yaşında ikən şəhadətə yüksələrək ən yeni tarix yazan igidlərimizdən biri olan Bəhruzun qəhrəmanlığı gələcək nəsillərə bir örnək olacaq və adı xalqımızın qan yaddaşında əbədi qalacaq.
Allah rəhmət eləsin!

OXŞAR XƏBƏRLƏR
Əhaliyə xəbərdarlıq - Sabah saat 21:00-dan başlayır...
Əhaliyə xəbərdarlıq - Sabah saat 21:00-dan başlayır...
Hadrutun işğaldan azad olunmasından 5 İL ÖTÜR
Hadrutun işğaldan azad olunmasından 5 İL ÖTÜR
Qəfil ürək ölümləri artır: Kardioloq SƏBƏBLƏRİ AÇIQLAYIR
Qəfil ürək ölümləri artır: Kardioloq SƏBƏBLƏRİ AÇIQLAYIR
TƏBİB-in bıçaqlanan əməkdaşının SON DURUMU
TƏBİB-in bıçaqlanan əməkdaşının SON DURUMU
TƏBİB-in xanım işçisi BIÇAQLANDI - YENİLƏNİB
TƏBİB-in xanım işçisi BIÇAQLANDI - YENİLƏNİB
Təşvişə düşməyin! - Xəbərdarlıq
Təşvişə düşməyin! - Xəbərdarlıq
Putin sabah ad gününü necə keçirəcək?
Putin sabah ad gününü necə keçirəcək?
14 yaşlı qıza əxlaqsızlıq edən yeniyetmə həbs edildi
14 yaşlı qıza əxlaqsızlıq edən yeniyetmə həbs edildi